Arizonada fəaliyyət göstərən Atlis Motor Vehicle firması özünün ilk modeli olan elektrik XT pikapı barədə məlumatı dərc edib. Ofrouder xüsusi olaraq hazırlanmış platformada inşa edilib və 805 kilometrlik yürüş məsafəsinə malikdir. Batareyaların firma terminalından doldurulmasına isə, cəmi 15 dəqiqə gərəkdir.

Atlis XT modeli XP adlı skeytbord-arabacıqda inşa edilibdir. Bu platforma bir neçə elektromotorun və iki birpilləli reduktorun, dönən arxa təkərlərin, müstəqil asqıların, pnevmoasqının, quraşdırılmış rekuperasiya sisteminin mövcudluğunu nəzərdə tutur. Pikap 305 millimetrlik klirensə malikdir. Opsional ofroud dəstini sifariş etdikdə bu rəqəm 381 millimetrə qədər artır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Batareya dəstindən asılı olaraq Atlis XT pikapı 483, 644 və 805 kilometr məsafə qət edə bilər. Bu məlumatlar yüksüz və qoşqusuz avtomobilə aiddir. Firma terminalı vasitəsi iləı batareyaları 15 dəqiqə ərzində doldurmaq olar. Keçən il Atlis mühəndisləri təcrübi batareya modulunu 12 dəqiqə 35 saniyəyə doldurublar. 

Elektrik pikapı yerindən 60 mil/saat (96 km/saat) həddinə beş saiyəyə sürətlənir. 15,9 tonluq qoşqunun yedəyə alınması halında bu rəqəm 18 saniyə təşkil edir. Avtomobilin maksimal sürəti 193 km/saatdır. İlkin məlumata görə, pikap 2020-ci ildə satışa çıxmalıdır. Avtomobilin qiyməti açıqlanmayıb.