Yeni BMW 3-Series modelinin möhtəşəm debütü, İqolştadt istehsalçısını A4 modelinin gələcək taleyi barədə ciddi düşünməyə vadar edib. Vaxtı ilə rəqiblərini üstələyən model, artıq onlardan geridə qalmağa başlayır. A4 ailəsinin bir neçə ay bundan öncə məruz qaldığı restaylinq bu vəziyyəti dəyişəmək iqtidarında deyildir.

Bu səbəbdən də, inqolştadtlılar A4 modelinin geniş yenilənməsini həyata keçirmək niyyətindədirlər. Bu söyləməyə, artıq uzun müddətdir ki, paparazzilərin obyektivlərinə tuş gələn kamuflyajlı sedan və universallar imkan verir: Audi A4 modelinin İnqolştadt istehsalçısının əsas silahı olduğunu nəzərə alsaq, modelin ekteryer və interyer dizaynında ciddi dəyişikliklərin baş verməsinin labüd olduğunu söyləmək lazımdır.

İlk növbədə avtomobilin eksteryer dizaynının ciddi şəkildə yeniləcəyini söyləmək olar. Çox güman ki, Audi dizaynerləri qarşısında modelin zahiri görkəmini yeni firma üslubuna uyğunlaşdırmaq tələbi qoyulmuşdur. Bu isə, avtomobilin işıq texnikasının, bamperlərinin və hətta ön kapotunun dizaynının dəyişəcəyindən də xəbər verir.

Digər tərəfdən, mühəndislər onların sərəncamında olan və son nəsil A6 və A8 sedanlarında debüt etmiş texnologiyaları A4 modelinə köçürməlidirlər. Ön panelin arxitekturasının dəyişilməsi ehtimalının olduğunu söyləmək də mümkündür. 

Hər halda, yeni nəsil A6 modelinin ön panel arxitekturasını yenilənmiş A4 modelinin salonunda görsəniz, heç də təəccüblənməyin. Yeni nəsil Audi Q3 krossoverndə olduğu kimi, 12,3-düymlük virtual cihazlar panelinin modelin standart təchizatına daxil ediləcəyindən şübhə etməmək olar. Əlbəttə ki, mərkəzi konsolun yuxarı hissəsindəki 10,1-düymlük displey multimedia sisteminin və avtomobilin tənzimləmələrinə, aşağıdakı 8,6-düymlük displey isə klimat-kontrola və mətnin daxil edilməsinə cavabdeh olacaqdır.

Audi A4 modelinin mühərrik çeşidində də ciddi dəyişikliklər olmalıdır. Yeni WLTP metodikasına cavab verən benzin və dizel mühərriklərinin, həmçinin “yumşaq” hibridlərin bu modelin mühərrik siyahısına daxil ediləcəyini gözləmək olar.  

Mənbə: Auto Express