Audi şirkəti Los-Anjelesdə keçirilən avtosalonda e-tron GT konseptini nümayiş etdirib. Elektrokar Porsche şirkətinin mütəxəssislərinin iştirakı ilə yaradılıbdır. Konsept e-platform adlandırılan modul platformasında inşa edilib. Audi e-tron GT modelinin seriya variantını iki ərzində nümayiş etdirəcəkdirlər.

Klassik Gran Turismo ölçülərinə malik olan e-tron GT prototipinin qabarit uzunluğu 4960 millimetr, eni - 1960 millimetr, hündürlüyü isə 1380 millimetrdir. Avtomobilin təkər bazasının uzunluğu 2900 millimetrə bərabərdir.  Audi e-tron GT konseptinin kuzovu alüminium, yüksək möhkəmlikli polad və karbonplastikdən hazırlanmış çoxkompozitli quruluşa malikdir. Avtomobilin dizaynında Aicon və PB18 e-tron konseptlərində tətbiq edilən dizayn həllərini görmək olar.

Audi e-tron GT iki sinxron elektromotorla təchiz edilib. Onların ümumi gücü 590 at qüvvəsi təşkil edir. Firlanma anı dinamik olaraq oxlar, həmçinin saö və sol təkərlər arasında bölünür. 100 km/saat həddinə konsept 3,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 240 km/saat həddində məhdudlaşdırılıb. Konsept 90 kilovat-saatlıq batareya sayəsində 400 kilometr qət edir. Avtomobilin rekuperasiya sistemi yürüşün 30 faizini təmin etmək iqtidarındadır.

Yüksək sürətli terminallar vasitəsi ilə batareyaların 80 faizini 20 dəqiqəyə bərpa etmək olar. Adi stansiyalardan və 11 kilovatlıq naqilsiz Audi Wireless Connect doldurma sistemindən istifadə zamanı batareyaların doldurulmasına 8-10  saat gərəkdir.

Konseptin seriya variantı 2020-ci ildə təqdim olunmalıdır. İlk elektrokarlar müştərilərə 2021-ci ildə çatdırılmalıdırlar. Avtomobilin hazırlanması Audi Sport bölümünı həvalə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt