Audi şirkəti e-tron GT elektrokarının istehsalına başladığını elan edib. Yeni elektrik qran turerinin istehsalı Almaniyanın Nekkarzulm şəhərindəki zavodda təşkil olunub. Audi e-tron krossoveri Belçika və Çində istehsal olunduğu üçün, rəsmi olaraq təqdim edilməmiş e-tron GT qrand tureri Almaniyada istehsal edilən ilk elektrokardır.

Digər qlobal avtomobil istehsalçıları kimi, Audi şirkəti də istehsal prosesində ətraf mühitə minimal təsir göstərən texnologiyalardan istifadə etməyə çalışır. Audi e-tron GT elektromobilinin yığılmasına alman markasının texnoloji cəhətdən ən inkişaf etmiş zavodunda - Böllinger Höfe müəssisəsində başlanılıb.

Şirkətin konveyer xətlərində bərpa olunan enerji mənbələrindən əldə edilən ekoloji cəhətdən təmiz elektrik enerjisindən istifadə olunur. Bundan əlavə, robot texnologiyasından istifadə və qablaşdırma materiallarından imtina sayəsində, avtomobillərin yığılması prosesini demək olar ki, karbon tullantıları olmadan həyata keçirməyə imkan verir.

Hazırda Nekkarzulmdakı zavodda A6, A7 və A8 modelləri istehsal olunur.  Beləliklə, Audi e-tron GT modeli, Almaniyada yığılan ilk Audi elektromobilidir. Xatırladaq ki, e-tron krossoverlərinin istehsalı  Şirkət Belçikada həyata keçirilir. Bundan əlavə, yeni elektromobil unikal modeldir, çünki onun istehsalına təqdimatından öncə başlanıb. Şirkət yeni model haqqında təfərrüatlarını hələ də gizli saxlayır. Audi e-tron GT modelinin ümumi gücü 580 at qüvvəsi olacaq iki elektrik mühərriki ilə təchiz ediləcəyi gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi e-tron GT qran turerinin rəsmi təqdimatı gələn il baş tutmalıdır. Yeni elektromobil üçün sifarişlərin qəbuluna 2021-ci ilin ikinci rübündə başlanacaqdır. Elektrik qran turerinin qiyməti 100.000 dollar ətrafında olacaqdır.