Audi e-tron Quattro konsepti ümumi hasilatı 503 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən üç elektrik mühərrikinə malik olduğu hər kəsin xatirindədir. Konseptin seriya variant isə, hazırda üç əvəzinə iki elektrik mühərriki ilə təklif olunur. Əslində elektrokar kifayət qədər gücə malikdir – elektrik qurğsunun ümumi hasilatı 408 at qüvvəsi və 664 Nm-dir. Lakin, elə şəxslər də var ki, bu güc onlar üçün qənaətbəxş deyil.

Deyəsən, belə şəxslər üçün Audi elektrokorossoverin “qaynar” variantını hazırlayır. Bunu söyləməyə Nürburqrinqdə sınaqdan çıxarılan kamuflyajlı prototip əsas verir. Şəkillərdən də gördüyünüz kimi,  protoip daha iri hava girişləri olan ön bamperə, 22-düymlük təkər disklərinə və arxa bamperdəki diffuzora malikdir. Bu avadanlıqlar isə, prototipin “ciddiliyindən” xəbər verir.  Böyük ehtimalla, S və ya RS indeksinin daşıyacaq Audi e-tron quattro modelinin güc aqreqatı neçə aqreqatdan ibarət ola bilər?

Uzağa getmək lazım deyil. Bu yaxınlarda 85 fazilik yoxuşa dırmanmış Audi e-tron Quattro modelini xatırlayırsınız?  Çox güman ki, “qaynar” elektrik krossoveri də bu avtomobil kimi üç elektrik mühərriki ilə təchiz ediləcəkdir. Bu halda, “qaynar” modelin güc aqreqatının ümumi gücünün 500-600 at qüvvəsi arasında olacağına şübhə etməmək olar. Ehtimallarımıza görə, S/RS indeksli Audi e-tron quattro elektrokarları gələn il debüt edə bilər.