Audi şirkəti Al:Trail quattro adlı konsept avtomobilini Frankfurtda nümayiş etdirəcəyini bəyan edib. Konsept özünəməxsus dizayna malik olan ofrouderdir. Al:Trail quattro qeyri-proporsional iri təkərlərə malik olan elektrik ofrouderidir. Görünən odur ki, avtomobilin kapotu yoxdur.

Alman istehsalçısının mətbuat xidməti konsepti «gələcəyin elektrik ötürməsinə sahib olan konseptual ofrouder» kimi təsvir edib. Eyni zamanda, yeni konseptin Al xəttindəki dördüncü şou-kar olduğunu qeyd edib. Elektrokar barədə başqa məlumat verilməyib. Çox güman ki, yaxın zamanlarda istehsalçı gərəkli açıqlamaları verəcəkdir.