Vaxtı ilə Audi şirkətinin Ayda istifadə üçün hazırladığı Audi Lunar Quattro modulu Alien:Covenant (Yadelli: Razılaşma) filmində çəkilmişdir. Film may ayının ortalarında ekranlara çıxmalıdır. Artıq alman istehsalçısı öz YouTube kanalında müvafiq çarxı yayınlamışdır.

Ay modulunu Audi şirkəti alman Part-Time Scientists mühəndis qrupu ilə birlikdə hazırlamışdır.

Bu modul şou xatirinə düzəldilmiş dizayner layihəsi deyildir. Audi Lunar Quattro bu ilin sonunda həqiqətən də Aya göndəriləcəkdir. Ay modulu 85 faiz alüminiumdan hazırlanmışdır və 30 kiloqram çəkiyə malikdir. Modul İnqolştatdakı 3D printerində «çap» edilmişdir. Lunar Quattro modulu dörd elektromotorla , litium-ion batareyalar, açılan günəş paneli və stereoskopik kameralarla təchiz edilmişdir.

Yadelli: Razılaşma - məşhur filmin səkkizinci hissəsidir. yeni film Ridli Skottun «Prometey» filminin davamı (sequel) və 1979-cu ildə ekranlara çıxmış «Yadelli» filminin isə öncəsidir (prequel). Filmdə Retrin Uetorston, Ceyms Franko və Maykl Fassbender çəkilmişdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt