Bu ilin may ayında Audi markası əsrarəngiz "Artemida" layihəsi üzərində çalışmalara başladığını elan edib. Elektrik ötürməsi ilə hərəkətə gələcək bu model, mövcud olan Volkswagen elektromobillərinə bənzəməyəcəkdir. Britaniyanın "Autocar" nəşri bu layihənin təfərrüatlarını öyrənməyə müvəffəq olub.

Nəşrin mənbələrinin bildirdiyinə görə, yeni model A9 e-tron adını alacaqdır. Flaqman luftbekinə çevriləcək elektrokar ölçülərinə görə Audi A7 Sportback modelinə yaxın olacaqdır, lakin iri ölçülü benzin mühərrikindən imtina edilməsi sayəsində onun salonu ölçülərinə görə flaqman A8 sedanını üstələyəcəkdir.

Image alt Image alt Image alt

Nəşr, eyni zamanda, debütü 2024-cü ildə gözlənilən yeni elektrokarın, 2017-ci ildə təqdim olunmuş Aicon konseptinə bəznəyəcəyini iddia edir. Audi Aicon konsepti həqiqətən də nəşrin təsəvvür etdiyi avtomobili xatırladır. Üstəlik, Aicon konseptinin yüksək avtonomluğa malik olduğunu xatırlatmaq gərəkdir.

Böyük ehtimalla, Audi A9 e-tron modeli Audi və Porsche şirkətlərinin birlikdə yaratdığı PPE platformasında inşa ediləcəkdir. Gələcək flaqman Mercedes EQS modeli, eləcə də Jaguar XJ sedanının elektrik varisi ilə rəqabət aparacaqdır.