Audi şirkətinin bayraqdar krossoveri olacaq Audi Q8 modeli və yeni nəsil Audi A8 sedanı, əvvəllər alman istehsalçısının modllərində istifadə edilməyən texnologiyaları əldə edəcəkdirlər.

Car nəşrinin verdiyi xəbərdə yeni modellərin Virtual Cockpit cihazlar panelinin yeni nəsli ilə təchiz ediləcəyi bildirilmişdir. Virtual cihazlar panelinin ekranının ölçüləri dəyişilməz (12,3 düym) qalsa da, onun icazəsi 1440x540-dan 1920x720-ə qədər artırılacaqdır.

Bundan başqa, avtomobilin bir çox funksiyalarını, Range Rover Velar modelində olduğu kimi, taç-skrin displeylər vasitəsi ilə idarə etmək mümkün olacaqdır. Eyni zamanda, istehsalçı mikro-hibrid texnologiyalardan da istifadə edəcəkdir. Elektrik mühərrikləri avtomobillərin aşağı sürətlərdə hərəkət etməsini təmin edəcək və sürətlənmə zamanı köməklik göstərəcəkdirlər.

Sedan və krossover aşağı dövrlərdə dartma qüvvəsini təmin edən elektrik ötürməkli turbinalarla da komplektləşdiriləcəkdirlər.