Yığcam avtomobillər kateqoriyasında Nürburqrinq rekordçusu olan Audi RS 3 modeli məhdud saylı performance versiyasını əldə edib. Xüsusi seriyadan olan RS3 performance modelləri 300 nüsxəlik tirajla buraxılacaqılar.Audi RS 3 performance edition modeli 300 km/saat həddinə sürətlənməyə qadirdir.

RS Dynamics Package plus (290 km/saat) ilə təchiz edilmiş standart avtomobillə müqayisədə kiçik artıma üfürmənin təzyiqinin 1,5-dən 1,6 bara qədər yüksəldilməsi sayəsində əldə edilib. RS 3 performance modelində quraşdırılan 2,5-litrlik beşsilindrli turbomühərrikin gücü 407 at qüvvəsi (400 at qüvvəsi idi) təşkil edir, lakin daha geniş dövrələr diapazonunda əlçatan olsa da,  fırlanma anı eyni, 500 Nm olaraq qalır. 100 km/saata sürətlənmə zamanı da dəyişməyib - 3,8 saniyə.

Güc aqreqatı əvvəlki kimi iki muftalı yeddi pilləli S tronic “robotu” ilə tandemdə çalışır. Arxa oxda təkərlər arasında dartma qüvvəsini paylayan və dönmə çatışmazlığını azaldan standart RS Tork Splitter mexanizmi var. RS 3 performance modelinin təchizatına adi RS 3 modeli üçün opsiya olan karbon-keramik əyləclər, adaptiv amortizatorlar və modifikasiya olunmuş mərkəzi səsboğucusu olan xüsusi idman buraxılış sistemi daxildir. Şinlər - Pirelli P Zero Trofeo R yarıslikləridir.

Modelin fərqləndirici xüsusiyyəti hərəkət zamanı damalı yarış bayrağının naxışını yaradan gündüz hərəkət işıqları olan matrisalı LED fənərlərdir. Qapıların kilidini açarkən sürücü tərəfindəki 15 içıqdiodi "3-0-0" nömrələri ardıcıllığını, bağlayarkən isə "R-S-3" yazısını təşkil edirlər. Eyni zamanda yol səthinə “#RS performansı” həştəqi proyeksiya olunur. Salonda Dinamica mikrofiberi və nappa dəri ilə üzlənmiş yarış oturacaqları, həmçinin mavi təhlükəsizlik kəmərləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi RS 3 performance edition modelinin tirajı 300 nüsxə ilə məhdudlaşdırılacaqdır. Çatdırılmalara gələn ilin əvvəlində başlanmalıdır, lakin qiymətlər artıq məlumdur. Hetçbekin qiyməti 75 000 avro, sedanın qiyməti isə 77 000 olacaq. Baza RS 3 modelləri 13 000 avro daha ucuzdurlar: müvafiq olaraq 62 000 və 64 000 avro.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.