Yeni nəsil Audi A3 ailəsində ən güclü RS-versiyalar peyda olublar. Əvvəlki nəsildə olduğu kimi, Audi RS 3 modeli həm beşqapılı hetçbek, həm də dördqapılı sedan ola bilər. Üstəlik, RS modellərini artıq daha zəif versiyalar ilə qarışdırmaq mümkün olmayacaq: radiator barmaqlığını və fənərləri vizual şəkildə birləşdirən qara parlaq haşiyə standart təchizata daxildir.

RS versiyalarının digər vizual xüsusiyyətləri arasında genişləndirilmiş ön hava girişləri və təkər tağları (ön təkər izi əvvəlki modeldə olduğundan 33 millimetr daha genişdir), buraxılış sisteminin iri oval formalı çıxış boruları və 19-düymlük disklər yer alır.

Gündüz hərəkət işıqlarının ön fənərlərin künclərindəki bölmələri damalı bayraq şəklində naxışa malikdirlər. Ön qanadlar və qapıların qovşağında havalandırma “qəlsəmələri” peyda olub və onlar bəzək üçün deyillər: istiliyi ön əyləclərdən yönləndirmək üçün hava kanallarına ehtiyac var.

İnteryerin əsas xüsusiyyətləri arasında virtual cihazlar panelinin RS-qrafikası (bir neçə rejimə malikdir), gücləndirilmiş yan dəstəyi olan oturacaqlar və idman dekoru var. Əlavə ödəniş qarşılığında, zamşa ilə üzlənmiş və sıfır işarəsi. habelə sağ qolu üzərində hərəkət rejimlərinin yeyin dəyişdirilməsi düyməsi olan RS sükan çarxı təklif olunur.

Beşsilindrli 2.5 TFSI turbomühərriki yerində qalıb, lakin əvvəlkindən daha sürətlə işləyən yeni idarəetmə sistemi ilə təchiz olunur. Güc dəyişməsə də (400 at qüvvəsi), maksimal fırlanma anı 480-dən 500 Nm-ə artırılıb.

Standart buraxılış sistemi, seçilmiş hərəkət rejimindən asılı olaraq səsboğucu sistemin səsini dəyişdirən elektron nəzarətli çəpərciklə ilə təchiz edilir. Ötürmələr qutusu da əvvəlkidr - iki yaş muftalı yeddi pilləli “robot”.

Əsas yenilik, keçən payızda Volkswagen Golf R hetçbekində debüt etmiş RS Torque Splitter sistemi olan tam ötürmədir. Sadə muftanın və mərkəzi diferensialın əvəzinə, arxa oxda iki fərdi friksion quraşdırılır.

Elektronika arxa oxa verilən fırlanma anının 100 faizə qədərini arxa təkərlərin hər birinə ötürərək, dartma vektorunu idarə edir və əlavə döndərmə anı yaradır. Yəni, Audi RS 3 (Golf R kimi) modeli Ford Focus RS (istehsalı dayandırılıb) və Mercedes-AMG A 45 modellərinin yolunu davam etdirir. 

Adı çəkilən modellərdə olduğu kimi, “bərkgedən” model stabilizasiya sisteminin söndürüldüyü və elektronikanın arxa oxa maksimum dartma qüvvəsini ötürdüyü RS Torque Rear adlı drift rejimi də malikdir. Bundan əlavə, oxlar arasında dartma qüvvəsinin paylanması və “təkəbbür” dərəcəsi ilə fərqlənən Comfort/Efficiency, Auto, Dynamic və RS Performance (trek üçün) rejimləri də mövcuddur.

A3 və S3 modelləri ilə müqayisədə RS 3 modelinin şassisi ciddi şəkildə yenidən işlənib. Mühəndislər fərqli podşipniklərdən, şarnir və ön alt çərçivədən, yeni təkər topları və stabilizatorlardan istifadə ediblər. Ön təkərlərin mənfi quraşdırılma bucağı bir dərəcə, arxadakıların isə, demək olar ki, yarım dərəcə artırılıb. 

RS 3 modelinin klirensi baza A3 modelndə olduğundan 25 millimetr, “qaynar” Audi S3 modelindən isə 10 millimetr azdır. Ön əyləc mexanizmləri altıporşenli supportlara və 375 millimetrlk disklərə, arxalar isə, adi üzən supportıara və 310 millimetrlik disklərə malikdirlər.

Əvvəllər olduğu kimi, opsiyalar siyahısında adaptiv asqı sistemi və karbon-saxsı əyləc mexanizmləri də var. Belə mexanizmlər poladdan hazırlanmış əsas variantdan 10 kiloqram yüngüldür - baxmayaraq ki, ön disklərin diametri 380 millimetrə qədər artırılıb.

Bundan başqa, birbaşa axışlı buraxılış sistemini də sifariş etmək olar. Əlavə olaraq, ilk dəfə RS 3 modellərini Pirelli P Zero Trofeo R yarı slikləri ilə təchiz etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Bərkgedən” sedan və hetçbekin 100 km/saat həddiinə sürətlənmə müddəti, əvvəlki nəsil ilə müqayisədə, 4,1 saniyədən 3,8 saniyəyə enib.

Maksimal sürət elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb, lakin RS Dynamic paketini sifariş etdikdə bu həddi 280 km/saata, karbon-saxsı əyləclərin quraşdırılması halında isə 290 km/saata qədər çəkmək mümkündür.

Avropadakı dilerlər artıq Audi RS 3 modellərinə sifarişləri qəbul edirlər. “Bərkgedən” ailənin satışlarının payızda başlaması planlaşdırılır. Almaniyada hetçbek kuzovlu variant 60 min avrodan, sedan isə 62 min avrodan başlayan qiymətlər ilə satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.