İkinci nəsil Audi Q7 krossoveri 2015-ci ildə Detroyt avtosalonunda debüt edib. Gələn il bu hadisədən düz dörd il ötəcəkdir. Bu isə, artıq modelin yenilənməsi üçün ciddi bir səbəbdir. Əlbəttə, yenilənmiş Audi Q7 modelinin Detroytda təqdim edilməsi daha məntiqli addım olardı, lakin alman istehsalçısı bu sərgidə iştirakdan imtina edibdir.

Böyük ehtimalla, yenilənmiş krossover gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir. Hələlik isə, avtomobildə baş vermiş dəyişikliklərlə tanış olaq. İlk növbədə, cüzi kamuflyaja malik olan protoipin yeni radiator barmaqlığına və işıq texnikasına sahib olduğu nəzərə çarpır. Mələsən, ön fənərin forması A6 modelinin fənərlərində olduğu kimi çıxıntiya sahib olub. Fənərlərin daxili tərtibatı da tamamilə yenilənibdir. Bundan başqa, baqaj qapağının və arxa bamperinin də tamamilə yeni formaya sahib olduğunu söləmək olar.

İneryerdə də dəyişikliklər olacaqdır. Şimal qütbündə yenilənmiş krossoverə rast gələn paparazzilər avtomobilin ön panelinin Audi Q8 modelindəkinə bənzədiyini bildiriblər. Bundan başqa, Q7 modeli Q8-dən 48 voltluq motor-generatorları da irsən ala bilər - hər halda sınaqlar zamanı referens rolunda çıxış edən Audi Q8 modeli bunu söyləməyə imkan verir.

Hazırda markanın alman saytındakı konfiquratorda Audi Q7 modeli yalnız 231 və 286 at qüvvəli təklif edən 3,0-liltrik altısilindrli turbodizel ilə təklif edilir. 435 at qüvvəli SQ7 TDI və 373 at qüvvəli 3.0 TDI e-tron modeli də konfiquratordan silinibdir. Bu isə, yenilənmənin birbaşa işarətidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Böyük ehtimalla, yenilənmədən sonra, avtomobilin mühərrik çeşidinə “yumşaq” hibridlər daxil ediləcəkdir. Bu yaxında təqdim edilmiş hibrid qurğulu VW Touareg PHEV modeli isə, bənzər hibrid aqreqatın Q7 modelində də təklif edilməsi ehtimalının olduğundan xəbər verir.

Mənbə: Auto Express