Audi şirkətinin idman bölümü Gran Turismo Sport yarış simulyatoru üçün hazırladığı virtual superkarın ilk tizerini dərc edib.

Yeni virtual avtomobil yarış simulyatorunda 9 aprel tarixində debüt edəcəkdir. Bu barədə xəbər Gran Turismo oyununun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılıbdır.

Bununla belə avtomobil haqqında heç bir məlumat açıqlanmayıb. Məlumdur ki, virtual superkar Vision GT e-tron adlandırılacaq, elektrik güc qurğusuna və iri arxa antiqanada malik olacaqdır.