Audi şirkəti V10 mühərrikinin 10 illik yubileyini Audi R8 modelinin xüsusi seriyası ilə qeyd etmək niyyətindədir. Audi R8 V10 Decennium adlandırılmış kupedən cəmi 222 ədəd buraxılacaqdır. "Decennium" kəlməsi iki latın sözünün "decem" və "annum" sözlərinin birləşməsindən alınıb və “onillik” anlamına gəlir.

Yubiley Audi R8 V10 Decennium adi kupelərdən kuzovun eksklyuziv tutqun boz Daytona Gray rəngi, bürünc rəngli 20-düymlük təkər diskləri, qara rəngli ön spoyleri, yan əlavələri və arxa diffuzoru, həmçinin karbon detalları ilə seçilir.

Kupenin salonu qara rəngdədir və havalandırma deflektorlarının, cihazlar panelinin və qapıların laklanmış karbonplastikdən işləmələrinə malik olub. Rombşəkilli naxışları olan idman oturacaqları mis rəngində tikişlər ilə bəzədilib. Bu tikişləri sükan çarxında, mərkəzi dirsəkaltında və qapı örtüklərində də aşkar etmək olar. Decennium loqotipləri mərkəzi tonnelə, kandarlara, dekorativ elementlərə və qapılara vurulubdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi R8 V10 Decennium 620 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Kupe 100 km/saat həddinə 3,1 saniyəyə sürətlənir və 331 km/saat maksimal sürət həddinə malikdir. Yubiley modelinin satışlarına bu ilin yazında start veriləcəkdir. Kupenin Almaniyada 222 min avroya satılacaqdır ki, bu da R8 V10 performance modelindən 22 min avro bahadır.