Hindistanın Mahindra&Mahindra qrupuna məxsus olan Automobili Pininfarina şirkəti PF0 elektrik hiperkarını buraxacağını bildiribdir. Bü gün isə, şirkət ilk modelinin adını açıqlayıb - Battista. Yəni, Pininfarina markası altında inşa ediləcək ilk avtomobil, Carrozzeria Pininfarina atelyesinin əsasını qoymuş Covanni Battista Farinanın adını daşıyacaqdır. Tirajı 150 nüsxədən ibarət olan hiperkarın istehsalı 2020-ci ildə başlanacaqdır.

Automobili Pininfarina yeni hiperkarın İtaliyada mövcud olan “ən yeyin və güclü avtomobilin” olduğunu bildirib. Şirkətin texniki tərəfdaşı Xorvatiyanın Rimac şirkəti olacaqdır. İstehsalçının bildirdiyinə görə, Pininfarina Battista 1900 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən elektrik güc qurğusuna sahib olacaqdır. Hiperkar 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcək və 402 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır. Onun yürüş ehtiyatı 483 kilometr olmalıdır.

Dərc edilmiş şəkildən göründüyü kimi, Pininfarina Battista üç displeydən ibarət olan və minimalizm üslubunda tərtib edilmiş mərkəzi panelə sahib olacaqdır. Bu displeylərdə hiperkarın bortsistemlərinin göstəriciləri, cihazların məlumatları, həmçinin naviqasiya sisteminin tövsiyyələri əks olunacaqdır. Sükandan solda hərəkət rejimlərinin seçimi düyməsi, sağda isə ötürmələr qutusunun selektoru yerləşəcəkdir. İnteryerin tərtibatında karbon lifindən, alkantaradan, əsl dəri və alüminiumdan istifadə ediləcəkdir.

Pininfarina Battista gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt