Hindistanın Mahindra&Mahindra qrupuna məxsus olan Automobili Pininfarina şirkəti üç krossover buraxacaqdır. Onlardan ən güclüsü və PF1 zavod koduna sahib olanı Lamborghini Urus modelinin birbaşa rəqibi olacaqdır. "Bərkgedən" krossover Rivian şirkətinin hazırladığı plarformada inşa ediləcək və Rimac şirkətinin güc qurğusu ilə hərəkətə gələcəkdir.

"PF1 modeli üzərindəki işlərə artıq start verilib və biz final dizaynın təsdiqlənməsi mərhələsinə qədəm qormuşuq, - Mahindra&Mahindra qrupunun icraçı direktoru Pavan Qoenka "Autocar İndia" dərgisinə bildirib. - Modelin dizaynı əlbəttə ki Pininfarina studiyası tərəfindən hazırlanacaqdır".

Bu layihədə Mahindra qrupunun texnoloji tərəfdaşı kimi Xorvatiyanın Rimac şirkəti çıxış edə bilər. Xorvatlar elektrik hiperkarlarının və elektrik güc qurğularının istehsalçısı kimi məşhurdurlar. Bundan başqa, onlar Porsche, Aston Martin və Koenigsegg kimi istehsalçılara elektrik komponentləri ilə təchiz edirlər. Automobili Pininfarina şirkəti Rimac istehsalı olan elektromotor və batareyalar blokundan 2000 at qüvvəli PF0 hiperkarının istehsalında istifadə edəcəkdir.

Bundan başqa, Automobili Pininfarina amerikan Rivian startapı ilə də əməkdaşlıq haqqında müqavilə imzalayıb. Amerikalılar tərəfindən yaradılmış «sketbord-platforma» gələcək krossoverin əsasını təşkil edəcəkdir. Şayiələrə görə, PF1 135 kilovat-saatlıq batareyalar və ümumi gücü 1100 at qüvvəsi olan dörd elektromotor ilə təchiz olunacaqdır. Digər cəhətlər arasında 800 voltluq yükləmə sistemi və 24-düymlük təkərlər də vardır.

Xatırladaq ki, bu platformadan Rivian R1S və R1T modellərinin inşasında istifadə edilib. Platforma 200 kilovatlıq mühərriklərnin, pevmoasqıların, dinamik dayanınıqlılığa nəzarət sisteminin və batareyaların mövcudluğunu nəzərdə tutur. Bu platformanı tələbata uyğun olaraq miqyaslandırmaq mümkündür.