Söhbət, 1,5-litrlik turbomühərrikə əsaslanan C-DM benzin-elektrik güc qurğusu ilə təchiz edilmiş və üzü dəyişdirilmiş Tiggo 9 krossoverindən gedir. Eksteryerdəki fərqlər radiator barmaqlığını əvəzləmiş bağlı paneldən və başqa dizaynlı təkər disklərindən gedir. Bir və ya iki elektrik mühərriki, ön və ya tam ötürməsi olan versiyalar mövcuddur. Hibrid krossoverin yürüş ehtiyatı 1100-1400 kilometr arasındadır. Sırf elektrik dartması isə hibrid 150-165 kilometr məsafə qət edə bilər.

Chery Amulet T9 krossoverinin carçısı Şanxay avtosalonunda nümayiş etdirilmişdi. Bununla belə, krossover seriyaya başqa brend və fərqli görünüşlə gedəcək. Lakin interyer baxımından “doqquzluqlar” unifikasiya ediləcəklər: hibrid xüsusi qrafikaya, öz menyusuna və digər interfeys nüanslarına sahib  olacaq.

İstənilən halda, Chery Amulet T9 modelinin kapotun altında 156 at qüvvəli 1,5 turbomühərrik yerləşəcək. Ön oxun idarələnməsinə 34,4 kilovat-saatlıq dartma batareyasından qidalanan 218 at qüvvəli elektrik mühərriki cavabdehdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa öxda əlavə elektrik mühərriki olan variant opsiyadır. Tam ötürməli versiyada sistemin pik gücü 462 at qüvvəsi, yürüş məsafəsi isə 1100 kilometr təşkil edir, yanacaq sərfiyyatı isə 100 kilometrə 4,2 litrdən çox deyil. Belə bir krossover 100 km/saata cəmi 4,26 saniyəyə sürətlənəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.