Dacia şirkəti Spring modelinin yenilənmiş versiyasını təqdim edib - bu, Avropada populyar və nisbətən ucuz olan batareyalı hetçbekdir. Restaylinqdən sonra o, ölçüləri kiçildimiş Duster modelinə bənzəyir.

Elektrik hetçbekinin dizaynı brendin yeni korporativ üslubunda hazırlanıb: Duster modelinin ardınca Spring də radiator barmaqlığının yerindəki bağlı panelə inteqrasiya olunmuş X-formalı işıq imzasını əldə edib, təkər tağları və kandarlardakı plastik örtmələr sayəsində isə, hetçbek daha brutal görünür.

Nəzərəçarpacaq dərəcədə müasirləşdirilmiş interyerdə əhəmiyyətli dəyişikliklər baş verib: burada 7-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 10-düymlük ekranı peyda olub. Havalandırma  sisteminin deflektorları və sükan çarxı fərqli görünüşə malikdir.

Artıq sükanı hündürlüyü görə də tənzimləmək mümkündür. Bundan əlavə, transmissiyanın yığcam selektorunun yerləşdiyi mərkəzi tunel üçün qeyri-adi həll yolu seçilib.

Spring hetçbekinin kapotunun altında 35 litrlik kiçik baqaj bölməsi var, arxa tərəfdə isə, oturacaqların vəziyyətindən asılı olaraq, həcmi 308 - 1004 litr arasında dəyişən tam ölçülü baqaj bölməsi yerləşir.

Salonda əlavə saxlanc yerləri də var ki, onların ümumi həcmi 33 litrdir. Elektrokar 15 və 16 düymlük təkər diskləri və iki yeni kuzov rəngində - Safari Beige və Brick Red çalarlarında təklif ediləcək.

Əvvəllər olduğu kimi, Dacia Spring 45 və 65 at qüvvəsi hasil edən iki elektrik mühərriki ilə hərəkətə gələcək. Elektromobil uzun yürüş məsafəsi ilə öyünə bilməz: 26,8 kilovat-saatlıq batareya cəmi 220 kilometrlik yürüşü təmin edir.

Bununla belə, şirkət bunun Spring sahiblərinə kifayət etdiyini bildirib - Dacia sorğu keçirərək, onların gündə orta hesabla 40-70 kilometr yol getdiyi və elektrobillərini evdə dolduqlarını müəyyən edib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Batareyanın 20 faizdən 80 faizə qədər sürətli doldurulması 45 dəqiqə, uzunmüddətli doldurulması isə, 11 saat çəkir. Artıq Spring nəinki özünü enerji ilə təmin edə bilir, o həm də məişət elektronikasını da qidalandıra bilər.

2021-ci debüt ilindən bəri 140 mindən çox Spring hetçbeki satılıb. Model öz seqmentində ən yaxın rəqibi olan Peugeot e-208 modelini qabaqlayaraq liderliyi inamla saxlayır. Yenilnəmə ilə Spring öz mövqeyini yaxşılaşdıra bilər, ancaq bunun üçün Dacia şirkətinin qiymətləri 20 min avro səviyyəsində saxlaması gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.