Çinin GAC şirkəti səyahət üçün nəzərdə tutulmuş futuristik miniveni hazırlayıb. Van Life konsepti brendin Milan studiyasının məhsuludur. Miniven avtopilotla təchiz olunub və sərt gövdəli batareyadan qidalanan elektrik mühərriki ilə hərəkətə gəlir. Vanlife konseptinin konstruksiyası istirahət və yatmaq üçün yerləri təmin edir - salonda isə cəmi iki oturacaq var.

GAC Van Life, Renault və Infiniti markalarının keçmiş dizayneri və hazırda Çin istehsalçısının  Milandakı GAC R&D Center Europe mərkəzinin rəhbəri olan Stefan Janinin rəhbərliyi altında yaradılmış Car Culture  2.0 seriyasından olan ikinci konseptidir. Miniven Brubaker Box konseptinin futuristik versiyasına bənzəyir.

Planlaşdırıldığı kimi, prototip sərt gövdəli batareya və lidar əsaslı avtopilotla (lazer məsafəölçənlərinin “göbələkləri” damın künclərində yerləşdirilib) təchiz edilib və onun konstruksiyasında təkrar emal edilmiş plastik, alüminium və müxtəlif növ liflərdən istifadə olunur.

Maraqlıdır ki, Mars mənzərələri fonunda ideal görünən avtomobilin salonunda cəmi iki oturacaq var. Qalan məkan baqaj və çarpayılar üçün ayrılıb. Van Life modelinin konstruksiyasının güc elementi kanistrlərin, iş masalarının və hətta qamakın asıldığı "qurşaqdan" ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön şüşənin altındakı bölmə su çəni və ya folqa ilə örtülmüş istilik reflektoru üçün nəzərdə tutulub. Kuzovun xarici tərəfində irəli çıxan işıqlandırılan skamyalar var.

Stefan Janenin ilk konsepti GAC Barchetta olub. O, inteqrasiya edilmiş ultrayastı batareyası, bütöv alüminium təbəqəsindən hazırlanmış xarici qabığı və irəli çıxan təhlükəsizlik qövsləri olan karbon skeytbord platformasını əldə edib. Avtomobilin texniki xüsusiyyətləri yoxdur, çünki Van Life minivenində vacib olan yalnız dizayndır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.