Yenilənmiş Hyundai Ioniq 5 modelinin keçən ilin payızında peyda olmuş casus şəkilləri, elektromobilin eksteryerindəki dəyişikliklərin minimal olacağını göstərirdi. Artıq yenilənmiş Ioniq 5 rəsmi olaraq təqdim edilib və onu restaylinqdən əvvəlki versiyadan ayırmaq həqiqətən çətindir. Lakin texniki yeniləmələr var və əlavə olaraq, modifikasiya çeşidi idman üslublu Ioniq 5 N Line ilə tamamlanıb.

Elektromobil vizual olaraq, onu daha geniş edən yeni bamperləri alıb. Əslində, avtomobilin eni dəyişməz qalıb (1890 millimetr), lakin yenilənmiş dayaq onun uzunluğunu 20 millimetr artırıb: 4655 millimetr. Elektromobilin aerodinamikası 50 millimetr uzadılmış spoyler və yeni təkər diskləri sayəsində optimallaşdırılıb.

Hyundai Ioniq 5

Salondakı yeniliklər ilk növbədə gündəlik istifadə zamanı rahatlığın artırılmasına yönəldilib. Yeni mərkəzi boksda qadcetların simsiz doldurulması üçün platforma (əvvəllər bir mərtəbə aşağıda idi) və ən çox istifadə edilən funksiyalara cavabdeh olan fiziki düymələr bloku quraşdırılıb: məsələn, qızdırılan və havalandırılan oturacaqlar, qızdırılan sükan və parkinq köməkçisinin aktivləşdirilməsi.

İqlimə nəzarət sisteminin idarəetmə bloku yenidən işlənilib, lakin aparat düymələrini və dəstəkləri qoruyub saxlayıb.

Hyundai Ioniq 5

Media sisteminin ekranı əvvəlkidir, lakin cihazın özü yeni ccNC (connected car Navigation Cockpit) nəslindədir: “hava” ilə yenilənmə və bir sıra digər funksiyalar əlçatandır. Nəhayət, orijinal ikiqollui sükan çarxını LED indikatorları olan daha ənənəvi üçqollu variant əvəzləyib.

Əsas texniki yeniləmə Long Range versiyası üçün nəzərdə tutulmuş daha tutumlu dartma batareyasıdır: indi onun tutumu 77,4 kilovat/saat əvəzinə 84 kilovat/saatdır. Bu, artıq top versiyanın batareyasının tutumunun ikinci artımıdır, çünki əvvəlcə Ioniq 5 maksimum 72,6 kilovat/saatlıq batareyaya malik idi. 

Hyundai Ioniq 5 N Line

Eyni zamanda, standart versiyada əvvəlki kimi 58 kilovat/saatlıq batareya quraşdırılır. Elektrik mühərrikləri də əvvəlkidir: Ioniq 5 arxa ötürməli (170 və ya 229 at qüvvəsi) və ya iki mühərrikli tamötürməli (325 at qüvvəsi) versiyada təklif olunur.

Amma kuzovun aşağı və arxa hissələrində iki dəfə daha sərt olan gücləndiricilər quraşdırılıb ki, bu da elektromobilin idarə olunmasına müsbət təsir göstərməlidir. Bütün qapılar və mərkəzi sütunlar yandan toqquşmalar zamanı müdafiəni yaxşılaşdırmaq üçün gücləndirilib. 

Hyundai Ioniq 5 N Line

Səs-küy və vibrasiya izolyasiyasını yaxşılaşdırmaq üçün kapotun əlavə gücləndiriciləri, kuzovun arxa hissəsindəki izolyasiya materialları və elektrik mühərriklərinin yeni idarəetmə proqramı quraşdırılıb. Silkələnmələrı azaldan yeni amortizatorlar gediş rahatlığını yaxşılaşdırmağa kömək edirlər.

Nəhayət, modifikasiya çeşidində Hyundai Ioniq 5 N Line versiyası peyda olub. Onun bütün idman xüsusiyyətləri dekordan ibarətdir: bunlar daha aqressiv bamperlər, başqa qapı kandarları və xüsusi 20-düymlük təkər diskləridir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

N Line versiyasının interyeri fərqli sükan çarxı, pedal örtmələri, qara rəngli tavan, idman oturacaqları və təzadlı qırmızı tikişlər ilə seçilir. Texniki hissədə heç bir dəyişiklik yoxdur.

Yenilənmiş Hyundai Ioniq 5 elektromobilləri Cənubi Koreya bazarına mart ayında çıxacaqlar. Orada qiymətlər 52,4 milyon vondan (39,300 dollar) başlayır. Digər ölkələrə çatdırılmalar bu ilin sonuna planlaşdırılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.