2018-ci ildə təqdim edilmiş Kia K9 sedanı artıq planlaşdırılmış restaylinqdən keçib: üç il əvvəl onun xarici görünüşü geniş miqyaslı yenilənməyə məruz qalıb. Eyni zamanda, flaqman modelinin az saylı satışları onun satış coğrafiyasının əhəmiyyətli dərəcədə ixtisarına gətirib çıxarıb.

Model amerikan və bir sıra digər bazarları tərk edib, əsas satışlar isə, Cənubi Koreyada cəmləşib. Bu günlıərdə Cənubi Koreyada K9 modelinin ikinci dəfə yenilənmiş versiyası təqdim olunub, baxmayaraq ki, belə bir strategiyanı bu ölkənin avtomobil sənayesi üçün qeyri-ənənəvi saymaq olar.

Eksteryerdəki dəyişikliklər demək olar ki, nəzərə çarpmır. Məsələn, indi radiator barmaqlığı əvvəlki V formalı elementlərdən deyil, üfüqi xrom elementlərdən ibarətdir. 19-düymlük təkər disklərinin dizaynı dəyişdirilib - indi onları qarışıq və ya tamamilə qara rəngə boyanmaq olar. Nəhayət, kuzovun rəng palitrasına boz Pebble çaları əlavə edilib.

Yeni rənglər Kia K9 sedanının interyeri üçün də əlçatandır – açıq qəhvəyi Martian və ya boz Misty çalarları mövcuddur. Digər yeniliklər arasında masaj funksiyası  olan ön sərnişin oturacağı, ön və arxa tərəfdəki əlavə USB-C portları və yanğınsöndürən var. 

Bir çox opsiyalar təchizat səviyyəsindən asılı olaraq standart avadanlıq siyahısına daxil edilib. Yeni AfterBlow aktiv havalandırma sistemi mühərrik dayandırıldıqdan sonra da hava kanallarına məcburi şəkildə hava vurur ki, bununla da kif və göbələyin əmələ gəlməsinin qarşısını alır.

Kapotun altında heç bir dəyişiklik yoxdur. Kia K9 modeli altısilindrli 3,8 GDI (315 at qüvvəsi) atmosfer mühərriki və ya 3,3 T-GDI (370 at qüvvəsi) turbomühərriki ilə təklif olunur. Hər iki aqreqat yalnız səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia K9 sedanının baza versiyası arxa ötürməlidir, lakin əlavə ödəniş müqabilində tam ötürmə də təklif olunur. Ən prestijli 5,0-litrlik V8 mühərriki 2021-ci ildə keçirilmiş restaylingindən sonra çeşiddən çıxarılıb.

Cənubi Koreyada artıq Kia K9 sedanına sifarişlər qəbul olunur. Qiymətlər 43,800 dollardan başlayır və 64,200 dollara (əlavə opsiyalar hesaba alınmadan) çatır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.