Kia şirkəti Forte modelini əvəz edəcək yeni K4 sedanının şəkillərini yayıb. Mart ayının 27-də Nyu-York avtosalonunda keçiriləcək təqdimatdan əvvəl, Cənubi Koreya brendi gələcək avtomobilin dizaynı üzərindəki sirr pərdəsini qismən götürüb. Göründüyü kimi, yeni model kəskin xətləri olan idman siluetinə malikdir. Eyni zamanda, arxa qapılarda klassik tutacaqların olmaması da diqqəti çəkir.

K4 modeli fastbək üslubunda aerodinamik kuzovu və ön bamperə “axan” nazik LED optikası ilə seçilir. Göründüyü kimi, sedan, bünövrəsində gizli qapı tutacaqları olan arxa dayağın mürəkkəb konstruksiyasını alıb. Qeyri-adi dizayn sayəsində yan şüşənin bir hissəsi xüsusi panel vasitəsi ilə gizlədilir.

Cənubi Koreya brendi K4 modelində bu sinif sedanlar üçün xarakterik olmayan yeni texnoloji innovasiyaları həyata keçirməyi vəd edir. Yeni modelin rəqəmsal cihazlar panelinə və çoxlu sayda sürücü köməkçilərinə sahib olacağı gözlənilir. 

Image alt Image alt Image alt

K4 modelinin mühərrik çeşidinə 1,6-litrlik turbomühərrik və 2,0-litrlik atmosfer mühərriki daxil olacaq. Bəzi bazarlarda avtomobil hibrid güc aqreqatı ilə təchiz ediləcək. Forte ilə yanaşı, Kia şirkəti Avropa və Avstraliya bazarlarında Ceed və Cerato modellərini də qismən yeni K4 ilə əvəz etmək niyyətindədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.