İtalyan Kimera Automobili şirkəti ilk modelini 2021-ci ildə təqdim edib - bu möhtəşəm Evo37 restomodu idi. O, 1983-cü ildə Dünya Ralli Çempionatında (WRC) qalib gələn sonuncu arxa ötürməli yarış avtomobilinin - əfsanəvi Lancia 037 sportkarının ideologiyasına uyğun olaraq hazırlanmışdı.

Orijinal ralli avtomobili kimi, Kimera Evo37 restomodu da arxa ötürməyə, 2,0-litrlik kompressorlu mühərrikə və altı pilləli mexaniki transmissiyaya malikdir. İndi isə, əfsanəvi ralli avtomobilinin Evo38 adlı növbəti iterasiyası Cenevrə avtosalonunda debüt edib.

Kimera Evo38 kupesinin əsasını, ön və arxada əlavə boru çərçivələri olan ikiqapılı Lancia Montecarlo seriya modelinin kuzovunun mərkəzi hissəsi təşkil edir. Xarici panellər ümumilikdə Evo37 modelinin dizaynını təkrarlayır, lakin yeni modelin daha böyük və daha aqressiv hava girişləri var.

Əlavə olaraq, titan və karbon lifindan hazırlanan elementlərin sayı artıtılıb. Bu, avtomobilin boş çəkisini Evo37 modelinin səviyyəsində (təxminən 1100 kiloqram) saxlamaq üçündür, çünki Evo38 kupesinin ciddi texniki "əlavəsi" - tam ötürmə sistemi var!

Lakin bu, səksəninci illərdə Lancia Delta avtomobillərində quraşdırılan, mərkəzi differensialı olan tam ötürmə sistemi deyil. Təsvirdən göründüyü kimi, dartma qüvvəsinin oxlar arasında paylanmasına müasir elektro-hidravlik mufta cavabdehdir.

Üstəlik, ön oxu tamamilə ayırmaq mümkündür ki, bu da avtomobilin arxa ötürməli edir. Tam ötürmənin tənzimləmələrini real vaxt rejimində dəyişdirmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Oturacaqların arxasında quraşdırılmış qarışıq üfürməyə malik olan 2,1-litrlik dördsilindrli mühərrik modermləşdirilin. Onun hasilatı 608 at qüvvəsi və 580 Nm- qədər artırılıb, yəni artım 100 at qüvvəsi və 30 Nm təşkil edib. 

Daha sonra elektrik aktuatorları olan sekvental ötürmələr qutusunu da sifariş etmək mümkün olacaq, lakin mühərrik hələlik qısaldılmış ötürmə cərgəsinə malik olan altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır.

Şassi də yenidən işlənib - yeni elektron idarələnən amortizatorlar peyda olub. Kələ-kötür səthlərdə ön splitterin zədələnməsinin qarşısını almaq üçün kuzovun qaldırması sistemi nəzərdə tutulub.

İlk arxa ötürməli restomod 37 nüsxədə buraxılıb. Yeni, tamötürməli versiya isə, 38 nüsxədə yığılacaq. Eyni zamanda, Kimera şirkəti artıq üçüncü layihəsini - bu yay təqdim olunacaq K-39 "hiperrestomodunu" hazırladığını elan edib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.