Maserati şirkəti GT2 adlandırılmış yarış kupesini təqdim edib. İşin qəribə tərəfi ondadır ki, yarış kupesi, ilkin olaraq yarış kanonlarına uyğun yaradılmış Maserati MC20 yol modelindən o qədər də fərqlənmir. Ən başlıcası isə, GT2 versiyasındakı Nettuno biturbomühərriki demək olar ki, standart olaraq qalıb! 3,0-litrlik V6 mühərriki standart olaraq yanacağın qarışıq püskürdülməsi, quru karterli yağlama sistemi və hər silindr üçün iki qığılcım şamı ilə təchiz edilir, turbokompressorlar cütlüyü isə, blokun yan tərəflərində quraşdırılır.

Yarış versiyası yalnız artan təzyiq, digər giriş və çıxış sistemləri ilə fərqlənir (kabinənin üstündə əlavə hava girişi quraşdırılıb). Nominal hasilat dəyişməsə də (630 at qüvvəsi və 730 Nm), o konkret yarış seriyasının tələblərinə uyğun olaraq məhdudlaşdırılacaqdır.

Mülki səkkiz pilləli “robotun” əvəzinə yarış muftası olan altı pilləli sekvental ötürmələr qutusu quraşdırılıb. Arxa ötürmə - standart özükilidlənən differensiala və gücləndirilmiş yarımoxlara malikdir, lakin yol kupesində əlavə ödəniş müqabilində quraşdırılan, elektronika tərəfindən idarələnən kilidləmə burada mövcud deyil.

Karbon monokok standart olaraq qalıb, lakin alt çərçivələr və asqı yenidən işlənib, lakin arxitekturaya əsaslı dəyişiklik (ön və arxa ikiqat qolları olan asqı) edilməyib. Kupedə yarış amortizatorları quraşdırılıb.

Əyləc mexanizmləri isə standartdır - bunlar öndə altı porşenli, arxada isə dörd porşenli supportları, lakin böyüdülmüş diskləri (öndə - 390, arxada isə 355 millimetrlik) və idman tənzimləmələri olan ABS ilə təchiz edilmiş əyləc mexanizmləridir.

Aerodinamik dayaq, əlbəttə ki, yenidən işlənib. Hava girişlərinin konfiqurasiyası dəyişdirilib, ön splitter və arxa diffuzor böyüdülüb, tənzimlənən arxa antiqanad quraşdırılıb. Altlıq hamar lövhələr ilə örtülüb.

Kokpit tamamilə yenidən tərtib edilib: burada hər şey yarış qaydalarına tabedir, təhlükəsizlik qəfəsi var, cihazları panelinin əvəzinə 6,5 düymlük ekran quraşdırılıb. Kondisioner baza paketinə daxildir, salonda ayrıca ekranı olan arxa görüntü kamerası əlavə ödənişlə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maserati GT2 bu mövsüm treklərə çıxmalıdır: onun iştirak edəcəyi ilk çempionat Avropanın Fanatec GT2 seriyası olacaqdır. Daha sonra avtomobillər kənar komandalar üçün satışa çıxarılacaqdır. Maserati gələn il “Nürburqrinqin 24 saatı” marafonunda iştirak etməyi planlaşdırır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.