Hazırkı Audi Q7 modelinin ikinci yenilənməsi sürprizlərsiz ötüşməyib. Məsələn, krossover ilk dəfə olaraq fərdiləşdirilən optikanı alıb. Təklif edilən dörd tərtibat variantından birini birbaşa multimedia sisteminin ekranında seçmək olar. Lakin bu funksiya yalnız opsional HD Matrix LED lazer və OLED fənərləri ilə əlçatandır.

Əvvəlki kimi, krossoverin baza versiyasını S line“idman” versiyasından ön bamper, qapılar və diffuzordakı təzadlı əlavələr sayəsində asanlıqla ayırd etmək olar. Singleframe barmaqlığı üçün iki tərtibat variantı təklif olunur: Black və Black Plus. Audi Q7 modeli həmçinin üç yeni kuzov rənginə və beş fərqli dizaynı olan 20 - 22 düymlük yeni təkər disklərinə sahib olub.

Audi Q7

Bununla belə, Audi DNT-si tərtibat üslubunda deyil, şassi tənzimləmələrində üzə çıxır. Yenilənmiş Audi Q7 krossoveri adaptive air suspension və ya adaptiv air suspension sport pnevmatik asqısı təchiz oluna bilər. Yüksək sürətlə o, avtomobili 30 millimetr aşağı salır, Lift rejimində isə əksinə, 60 millimetr yuxarı qaldırır.

Bundan əlavə, krossoveri tam idarələnən şassi, elektromexaniki köndələn dayanıqlılıq stabilizatorları və aktiv arxa differensial ilə təchiz etmək olar. Əvvəlki kimi, Q7 ailəsinə 45 TDI (231 at qüvvəsi, 500 Nm), 50 TDI (286 at qüvvəsi, 600 Nm) və 55 TFSI (340 at qüvvəsi, 550 Nm) dizel modifikasiyaları daxildir. 

Audi SQ7

Onların hamısı səkkiz pilləli avtomatik transmissiya və kəmərli ötürməsi olan 48 voltluq startyor-generatorla təchiz olunub ki, bu da 100 kilometrə 1,5 litr yanacağa qənaət etməyə və 40 saniyə ərzində söndürülmüş mühərriklə (55-160 km/saat aralığında) gillətmə ilə getməyə imkan verəcək.

Öz növbəsində, “bərkgedən” Audi SQ7 TFSI  krossoveri əvvəlki kimi 4.0 TFSI V8 benzin mühərriki (507 at qüvvəsi, 770 Nm) ilə təchiz edilir. Mühərrik aşağı və orta yükləmələrdə silindrlərin yarısını söndürə bilir və krossoveri 4,1 saniyəyə 100 km/saat həddinə sürətləndirir. Maksimal sürət 250 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi SQ7 TFSI modelinin xarakterik xüsusiyyəti onun buraxılış sisteminin səsidir. Bunun üçün, iki boruda yüklənmə və dövrələrdən asılı olaraq saundtrəki dəyişdirən klapanlar nəzərdə tutulub.

“Bərkgedən” Audi Q7 modelinin satışının başlanması cari ilin birinci rübünə planlaşdırılır. Başlanğıc Audi Q7 45 TDI versiyasının qiyməti 79 300 avrodan, “bərkgedən” SQ7 TFSI versiyasının isə 112 000 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.