2022-ci ildə Koenigsegg şirkəti eyni vaxtda iki əlamətdar tarixi qeyd edir. Düz 20 il əvvəl, 2002-ci ildə brendin ilk seriya avtomobili olan Koenigsegg CC8S hiperkarının təqdimatı baş tutub, 50 il əvvəl isə, 1972-ci ildə brendin yaradıcısı Kristian fon Koeniqseqq anadan olub.

 Bu yubileylər münasibətilə Engelholm markası özünə xüsusi hədiyyə də hazırlayıb - bu, İsveçin yeni hiperkarını olan Koenigsegg CC850 modelidir. Hiperkarın tirajı 50 nüsxə ilə məhdudlaşdırılıb və onların hamısı artıq satılıb.

Hiperkarın dizaynı CC8S prototipinin üslubunda hazırlanıb - yeni hiperkar sələfinin telefon diskinə bənzəyən dizaynı olan təkər diskləri və üçlü fənərlər kimi xarakterik xüsusiyyətləri qoruyub saxlayıb. Salon isə, sol və ya sağ tərəfdə quraşdırılacaq sükana asan adaptasiya edilmək üçün simmetrik dizayna malikdir.

Avtomobil xronoqraf saatlarının üslubunda analoq cihazlar paneli, transmissiyanın açıq ötürmə mexanizmi olan və İsveç bayrağı çəkilmiş selektorunu, həmçinin xüsusi qapı açma mexanizmini və çıxarıla bilən sərt damı alıb.

Yeni Koenigsegg düz dirsəkli valı olan 5,0-litrlik V8 biturbo mühərriki təchiz edilib. Adi yanacaqla mühərrik 1185, E85 bioetanolu ilə isə, 1385 at qüvvəsi hasil edir. 2014-cü ildə təqdim olunan Koenigsegg One: 1 hiperkarındakı kimi, CC850 modelinin kütləsinin hər kiloqramına bir at qüvvəsi düşür.

Mühərrik sinxronizatorsuz və yağ vannasında səkkizdiskli muftası olan Light Speed Transmission “robotu” ilə birlikdə çalışır. CC850 hiperkarının əsas xüsusiyyəti Engage Shift System (ESS) texnologiyasıdır - bu texnologiya idarəetmə tərzindən asılı olaraq, habelə avtomobildən ictimai yollarda və ya yarış trekində istifadə zamanı müxtəlif ötürmə nisbətlərini seçməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ESS uyğunlaşa bilən, bir neçə ötürmə əmsalı olan  6-pilləli mexaniki ötürmələr qutusudur və o, həm də pillələri yumşaq şəkildə dəyişən ultrasürətli 9-pilləli avtomatik transmissiya kimi də işləyə bilər. Belə transmissiyanın dünyada ilk belə sistem olduğu iddia edilir.

Koenigsegg CC850 hiperkarının istehsalının nə zaman başlanacağı hələlik açıqlanmayıb.Məlum məsələdir ki, onun müştərilərə çatdırılma müddəti də məlum deyil.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.