Mitsubishi şirkəti yeni yığcam krossoverin təsvir olunduğu videoçarxı nümayiş etdirib. İndiyə qədər adı açıqlanmayan yeni model 30 saniyəlik tizerdə peyda olub. Videogörüntülərdə modelin aşağı hissəsində beş “ştrixi” olan bumeranq formalı qeyri-adi optikasını, oxşar üslubda tərtibata malik olan arxa işıqları görmək olar.

Mitsubishi həmçinin dizayner eskizlərini və kamuflyaj örtüyünə bürünmüş sınaq prototipini də nümayiş etdirib. Yeni krossoverin təqdimatı 10 avqust 2023-cü ildə İndoneziyada keçirilən 30-cu GAIKINDO Beynəlxalq Avtomobil Sərgisində baş tutacaqdır.

Yenilik haqqında məlumat çox azdır. O, 222 millimetrlik klirensə malik olacaq, yaş yollarda yol tutuşunu yaxşılaşdıran yeni Wet rejimi də daxil olmaqla, müxtəlif səthlər üçün dörd hərəkət rejimini əldə edəcəkdir. Satışların başlayacağı Cənub-Şərqi Asiyada faydalı olmalıdır. Həmçinin, model əyləclər vasitəsi ilə dartma vektorunu idarə etməyə imkan verən Active Yaw Control (AYC) elektron sistemini alacaqdır.

Bundan başqa, geniş interyer və xüsusi olaraq region üçün nəzərdə tutulmuş yeni Dynamic Sound Yamaha Premium səs sistemi də vəd edilib. O, sürətdən asılı olaraq səsi müstəqil olaraq dəyişir. Yolu izləyən elektronikanın köməyi ilə, kələ-kötürlər səthlərdə hərəkət edən zaman, sistem optimal səsləndirmə üçün bas, orta və yüksək səsləri tənzimləyəcəkdir.

Yəqin ki, krossover ötən ilin oktyabrında Vyetnamda nümayiş etdirilən Mitsubishi XFC Concept  konseptinin seriya təcəssümü olacaqdır. Seriya krossoverinin cəhətləri görünən şou avtomobili "strateji əhəmiyyətli qlobal model" kimi təqdim edilib.

Arxa görüntü kameraları və tıxac kimi görünən radiator barmaqlığından fərqli olaraq, optika demək olar ki, dəyişməz şəkildə seriya modelinə köçürüləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.