Əvvəllər mexaniki transmissiyalı BMW Z4 (G29) rodsterini almaq üçün dördsilindrli versiyaları seçmək lazım idi. Amma indi, Toyota GR Supra kupesində olduğu kimi, 3,0-litrlik sıralı altısilindrli mühərriki mexaniki ötürmələr qutusu ilə sifariş etmək də mümkündür.

Rodsterin belə versiyası Z4 Pure Impulse adlanır və onun ən vacib bazarlardakı (Avropa və ABŞ) satışına yazda başlanmalıdır. Məsələn, Almaniyada sportkarın başlanğıc qiyməti 75 300 avro təşkil edəcək ki, bu da səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş rodster üçün tələb olunandan altı min avro çoxdur.

Pure Impulse versiyasının kapotunun altında Z4 M40i versiyası üçün standart olan güc aqreqatı yerləşib: 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən B58 turbomühərriki. Ancaq avtomobildə quraşdırılan ötürmələr qutusu bir qədər qeyri-adidir.

Texniki cəhətdən o, ənənəvi BMW modul transmissiyasıdır, lakin onda BMW M transmissiyasından götürülmüş dişli çarxlar və vallarından istifadə edilib. Transmissiyanın dəstəyi də daxil olmaqla, xarici mexanizm mahiyyətcə yenidən işlənib.

Mexaniki transmissiyalı rodster sıfırdan 100 mil/saata 4,6 saniyəyə sürətlənir. Xatırladaq ki, avtomatik transmissiyalı rodster bu sürətlənməyə 4,5 saniyə sərf edir. Maksimal sürət eynidir - 250 km/saat.

BMW Z4 M40i standart olaraq dəyişən ötürmə nisbəti olan sükan mexanizmi, M Sport əyləcləri və differensialı, həmçinin Pure Impulse üçün yenidən sazlanmış adaptiv M asqısı ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, avtomobilin bəzi komponentləri tamamilə özünəməxsusdur - məsələn, ön və arxada əlavə yaylar var (geri oturtmanın gedişi böyük olduqda əvvəlcədən yükləməni təmin edir).

Bundan əlavə, ön stabilizatorun sıxacları gücləndirilib, dartmaya nəzarət alqoritmi yenidən yazılıb və Z4 üçün ilk dəfə olaraq müxtəlif ölçülü təkərlər quraşdırılıb (öndə 19 düym, arxada isə 20 düym).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.