Hibrid sedan Çin bazarına Qiyuan A05 adı ilə daxil olub. Güc qurğusu ilə yanaşı, hibrid sırf daxili yanma mühərriki ilə hərəkətə gələn versiyadan ön hissəsinin dizaynı ilə fərqlənir. “Car News China” nəşrinin bildirdiyinə görə, Qiyuan A05 sedanı altı təchizat səviyyəsində təklif olunur, onun qiyməti isə 89 900 ilə 132 900 yuan (21 000 - 31 000 manat) arasında dəyişir.

Changan Qiyuan A05 modelinin uzunluğu 4785 millimetrə çatır - Lamore ilə müqayisədə o, 15 millimetr uzundur. Hibridin hündürlüyü 1460 millimetr, eni – 1840 millimetr, təkər bazası isə 2765 millimetrdir. Hibrid sedan Uni xəttinin üslubunda çərçivəsiz radiator barmaqlığının əvəzinə, üfüqi kəsikləri olan “qapalı” ön hissəyə sahib olub. Maili damda 14 işıqdiodlarından ibarət olan üzgəc formasınada əyləc işığı yerləşdirilib.

Salon demək olar ki, tamamilə Lamore sedanından köçürülüb. Burada multimedia sisteminin 13,2-düymlük displeyini, 10,25 düymlük cihazlar panelini və düz aşağı hissəsi ikiqollu sükan çarxını görmək olar. Yeganə fərq sükan topundakı 101 rəqəminə bənzəyən Qiyuan emblemidir. Sedan həmçinin səs əmrlərinin köməyi ilə idarə olunan ikinci səviyyəli avtopilota da  malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc qurğusuna gəlincə, onun tərkibinə 110 at qüvvəli 1,5-litrlik atmosfer benzin mühərriki və 215 at qüvvəli (330 Nm fırlanma anı) elektrik mühərriki daxildir. Hibrid sedanın 100 km/saata sürətlənmə müddəti 6,8 saniyədir. Ötürmə - yalnız ön oxadır. Sedan üçün iki batareya təklif olunur - 9,07 və 18,99 kilovat-saatlıq. Birinci batareya elektrik rejimində Çinin CLTC dövrünə əsasən 70 kilometr, ikincisi isə 145 kilometrə qədər yürüş məsafəsini təmin edəcək. Ümumi yürüş ehtiyatı 1300 kilometrə çatır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.