Ferrari Special Projects departamenti yeganə nüsxədə inşa edilmiş daha bir superkarı - SP-8 rodsterini nümayiş etdirib. Şassi, quruluş və mühərrik Ferrari F8 Spider modelindən götürülüb. Ancaq qalan hissələr Tayvandan olan müştərinin istəyinə uyğun olaraq hazırlanıb. Yeri gəlmişkən, Çin inanclarına görə, "8" rəqəmi insana zənginlik və firavanlıq vəd edir.

Rodsterin damı ümumiyyətlə yoxdur, hətta sadə parça dam da nəzərdə tutulmayıb. Ona görə də, superkarın aerodinamikasına yenidən baxılıb. Hesablamalar CFD mühitində aparılıb, sonra avtomobil külək tunelində üfürülüb və poliqonda sınaqdan keçirilib.

SP-8 superkarının kuzov panellərinin bəziləri donorun hissələrinə əsaslanır, lakin onun arxa hissəsi tamamilə yenidən işlənib. O, salondan yan hava girişləri və interkulerlər və mühərrik üçün ayrıca kanalları olan sözdə qurşaqla ayrılır.

Kuzovun həcmləri effektiv şəkildə bir-birinə “axır”, ön və arxa tərəf isə, təkcə rəngi ilə deyil, həm də hazırlandıqları material ilə də fərqlənirlər. Ön işıq texnikası yeni linzaları alıb, arxa optika isə Roma superkarından götürülüb. 

Alın şüşəsi və buraxılış sisteminin çıxış boruları 296 GTB modelinin üslubunda hazırlanıblar. Təkər diskləri sportprototiplərdə və F40 superkarında quraşdırılmış təkərlərin müasir təfsiridir.

İnteryerdəki əsas dəyişiklik, SF90 Stradale modelindən başlayaraq bütün müasir Ferrari avtomobillərini xatırladan, transmissiyanın dəstəkli selektoru olan yeni mərkəzi konsoldur. Tərtibat üçün tünd göy rəngli alkantara və qradiyent tekstilindən istifadə olunur, döşəmə xüsusi sarja parças;ndan hazırlanmış kilimlərlə örtülür. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeganə məlum olmayan mühərrikin hasilatıdır. Xatırladaq ki, Ferrari F8 Spider modeli 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 biturbomühərriki və 7-pilləli preselektiv “robot” ilə hərəkətə gəlir. 

Superkar 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətlənir. Spayderin maksimal sürəti 340 km/saatdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.