Uzunluğu 5200 millimetr olan ofrouder Çin brendinin model çeşidindəki ən böyük avtomobil olacaqdır. Eyni zamanda, yenilik yalnız beş yerlik salon quruluşu və geniş baqaj bölməsi ilə seçiləcəkdir. Çində H5 satışları cari ilin üçüncü rübünə planlaşdırılıb. Ofrouderin qiyməti 120.000-150.000 yuan (28 - 35 min manat) arasında olmalıdır.

Haval H5 modeli Great Wall Poer King Kong ilə vahid platforma üzərində inşa edilib. Ofrouder salonun ön hissəni də pikapdan alıb. Hər iki avtomobil havalandırma sisteminin eyni deflektorlarına, oxşar sükan çarxına, klimat-kontrol blokuna, həmçinin multimedia sisteminin iki ekranına və rəqəmsal cihazlar panelinə malikdir. Bununla belə, H5 mərkəzi tunelin konfiqurasiyası və transmissiyanın Tank ofrouderlərinin üslubunda selektoru ilə seçilir.

Bundan əlavə, Haval H5 oturacaqların əsl dəridən üzlüyünü, arxa divanın tənzimlənən kürək hissəsini və panoram damı alıb. Üçüncü oturacaq cərgəsindən imtina, ofrouderi 2116 litrlik baqaj bölməsi ilə təmin edəcəkdir. Geniş baqaj bölməsi, hətta kiçik bir kavdrosikli səyahətə götürməyə imkan verəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daxili bazarda Haval H5 ofrouderi 197 və 224 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri, həmçinin 166 at qüvvəli dizel ilə təklif olunacaqdır. Transmissiyaya gəlincə, alıcılar altı pilləli mexaniki ötürmələr qutusu və səkkiz pilləli “avtomat” arasında seçim edə biləcəklər. Ofrouderin baza versiyası ön ötürməli olacaqdır. Gələcəkdə model üçün hibrid güc qurğusu hazırlanacaqdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.