Hyundai şirkəti Hindistan üçün yaratdığı ən ucuz krossoverin təchizatın haqqında məlumat verib. Exter modelinin büdcə modeli kimi mövqeləndirilməsinə baxmayaraq, onun avadanlıq dəsti olduqca zəngindir.

İnteryer şəkillərindən göründüyü kimi, o, kiçik, lakin rəqəmsal cihazlar panelini, səslə idarə olunan və "havadan" yenilənən multimedia sistemini, habelə parlaq vurğuları və çıxıntılı rekyefi olan  ön paneli əldə edəcəkdir. Hyundai Exter modelinin Hindistan bazarında ən sərfəli Hyundai krossoverinə çevriləcəyi məlumdur - artıq 11 min rupi (230 manat) depozit qoyaraq krossoveri sifariş etmək olar.

Hyundai modelin qiymətini hələlik açıqlamayıb, lakin onun başlanğıc qiyməti 750 min rupi (15.500 manat) olan yenilənmiş Venue modelindən təxminən 20 faiz ucuz olacağına söz verib. Exter mexaniki transmissiya və ya “robot” ilə birlikdə çalışan 83 at qüvvəli 1,2-litrlik benzin mühərriki ilə təklif olunacaq və gələcəkdə onun 1,0-litrlik turbomühərrik ilə də təchiz ediləcəyi gözlənilir.

“Autocar India” tərəfindən verilən yeni məlumata görə, Exter 4,2-düymlük virtual cihazlar panelinə, məlumat-əyləncə sisteminin səkkiz düymlük ekranına və yaşıl aksentli qara interyerə sahib olacaqdır. Avadanlıqların siyahısına iki kamera və kruiz-kontrolu olan quraşdırılmış videoregistrator daxil olacaqdır.

Krossover cari yayın ortalarında təxminən 600 min rupi (12.400 manat) qiyməti ilə satışa çıxmalıdır. Hyundai şirkəti Exter modelini Hindistandan kənarda satılıb-satılmayacağı barədə məlumat verməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.