Cənubi Koreya brendinin Hindistan filialı modelin əsas xüsusiyyətlərini ortaya qoyan informativ tizerləri paylaşıb. İfadəsiz eksteryer keçmişdə qalıb: artıq Hyundai Creta kənardan Palisade kimi görünəcək! Salonda da dəyişikliklər var: burada diqqəti Mercedes-Benz üslubunda məlumat-əyləncə kompleksi və klimat-kontrolun sensorlu bloku çəkir. Mühərrik çeşidində də yenik var.

“Qlobal” Hyundai Creta 2021-ci ildə yenilənib və Tucson modeli ilə bənzərliyə malikdir. Bununla belə, Hindistan üçün alternativ asma panelləri və başqa optikası olan ayrıca restaylinq proqramı nəzərdə tutulub. Kuzov çərçivəsi və ştamplanmış hissələr eyni qalsa da, belə krossover tamamilə fərqli şəkildə qəbul edilir.

Klimat-kontrolun şaybaları, günəşlikli cihazlar paneli və sadə media sistemi keçmişdə qalıb: Hindistandakı Creta rəqəmsallaşmaya istiqamətlənib. Virtual cihazlar paneli və məlumat-əyləncə kompleksinin sensorlu ekranı vahid klasterdə birləşdirilib, mərkəzi hava kanallarının altındakı blok dəyişdirilib.

Hyundai Creta modeli 160 at qüvvəli 1,5 T-GDI benzin turbomühərriki ilə təchiz ediləcək. Güc aqreqatı 7-pilləli preselektiv “robot” ilə birləşdiriləcək. 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki və 116 at qüvvəli 1,5 CRDi turbodizeli mühəərik çeşidindəki yerlərini qoruyublar.

Image alt Image alt Image alt Image alt

Hər iki aqreqat 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir. Dizel üçün isə, 6-pilləli avtomatik transmissiya da nəzərdə tutulub. Baza benzin versiyası üçün variator təklif olunur.

Yenilənmiş Hyundai Creta modelinin Hindistanda keçiriləcək təqdimatı yanvarın 16-da baş tutacaq. Spesifikasiyalar və qiymətlər həmin vaxt elan olunacaq. Hyundai Alcazar adlanan yeddi nəfərlik variant daha sonra restaylinqdən keçəcək. Alternativ görünüşlü krossover digər ölkələrdə, məsələn, Braziliyada da peyda ola bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.