Infiniti şirkəti elektrik sedanı da daxil olmaqla dörd yenilik hazırlayır. Hələlik onlar şou avtomobilləri qismində debüt ediblər. Bunlar, Vision Qe elektrik sedanı, haqqında heç bir təffərüat olmayan Vision QXe krossoveri, QX65 kross-kupesi və flaqman QX80 Monograph ofrouderidir. Bütün sadalanan modellər arasında ən maraqlısı sedandır - onun seriya versiyası yapon brendinin ilk elektromobili olacaq.

Vision Qе konsepti 2025-ci ildə bazara çıxacaq seriya elektrik fastbəkinin carçısıdır, amma nə hikmətdirsə, yaponlar onu israrla sedan adlandırılar. Yapon istehsalçısı onun texniki xüsusiyyətlərini açıqlamayıb, çünki şou-karın əsas vəzifəsi Artistry In Motion adlı yeni firma dizayn konsepsiyasını nümayiş etdirməkdir. Onun seçilən xüsusiyyətləri hamar xətlər, ön tərəfdə yeganə iti kənarı olan axıntılı kuzovu və “isti qızıl” çalarındakı dekorasiyadır. Infiniti sedanı üç sözlə təsvir edir: “fövqalədəlik, sürət və incəlik”.

Konseptlərin ümumi şəklində yeni nəsil QX80 modelinin müjdəçisi olan QX Monograph da təsvir olunub. Bununla belə, bu onun ilk görünütüsü deyil, çünki konsept üzərindəki sirr pərdəsi bu ilin avqustunda götürülüb. Şou-karla indiki QX80 arasındakı fundamental fərqlərdən digər kuzov nisbətlərini qeyd etmək olar: o, seriya krossoverindən həm daha iri, həm də daha dinamik görünür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər iki yenilik haqqında demək olar ki, heç nə məlum deyil. Onlardan birincisi, indeksi keçən il İnfiniti tərəfindən patentləşdirmiş QX65 kross-kupesidir. Təxmin etdiyiniz kimi, bu QX60 modelinin kupeşəkilli versiyası olacaq. Sonuncu Vision QXe konseptinə gəldikdə isə, bu krossover haqqından onun adından başqa heç nə məlum deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.