Bu dəfə alman atelyesi layihənin əsası olaraq yenilənmiş M5 Competition sedanını götürüb. Manhart MH5 900 sedanı 928 at qüvvəsi və 1240 Nm fırlanma anı ilə öyünə bilər. Aparılmış təkmilləşdirmələrin avtomobilin dinamikasına necə təsir etdiyi açıqlanmır. Xatırladaq ki, adi M5 Competition sedanı 625 at qüvvəsi və 750 Nm fırlanma anına malikdir və ilk “yüzlüyə” 3,4 saniyəyə, CS versiyasında (635 at qüvvəsi) isə, düz üç saniyəyə sürətlənir.

Manhart MH5 900 sedanının kapotunun altında yenidən proqramlaşdırılmış idarəetmə bloku və Carillo porşenləri, H formalı sürgü qolu və karbondan giriş kimi yeni komponentləri almış 4,4-litrlik V8 tvin-turbo (S63) mühərriki var. 

İdarələnən klapanı olan buraxılış sistemi tamamilə paslanmayan poladdan hazırlanır, yarış daunpayplarını və dörd 100 millimetrlik ucluqları ehtiva edir. Eyni zamanda, sedan Manhart Variant 4 koiloverləri (tənzimlənən yaylarla əvəz edilə bilər), karbonplastikdən aerodinamik kuzov dəsti, M5 CS üslubunda kapot və 21-düymlük Manhart Concave One döymə təkər disklərini alıb.

Sedanın karbon-keramika əyləc mexanizmlərindən yeganə dəyişiklik kuzov rəngində boyanmış və Manhart yazılarını almış supportlardan ibarətdir. MH5 900 modelinin interyeri çoxsaylı dəbli cizgilərə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə ki, dekorativ bəzəklər karbonplastikdən hazırlanıb, tavan isə alkantara ilə örtülüb. Bundan əlavə, kompozit çərçivəli oturacaqlar, sürücünün sol ayağı üçün metal platforma və əlavə məlumat displeyi quraşdırılıb. MH5 900 sedanı beş nüsxəlik tirajla buraxılacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.