Əfsanəvi avtomobil dizayneri Marçello Qandini dünən, 13 mart tarixində İtaliyada vəfat edib. Onun 85 yaşı var idi. Qandini karyerasına keçən əsrin altmışıncı illərinin birinci yarısında Bertone atelyesində başlayıb və bütün dünyada Lamborghini superkarları ilə məşhurlaşıb: o, Miura, Countach, Espada, Jarama, Urraco modellərinin görünüşü üzərində işləyib.

Qandini həmçinin Cizeta-Moroder V16T, Lancia Stratos, Bugatti EB110, Fiat X1/9. Alfa Romeo Montreal, Maserati Khamsin, Volkswagen Polo və Ferrari 308 GT4, BMW 5 Series (E12), Citroen BX, Renault 5 Turbo və digər seriya avtomobillərinin, Renault Magnum yük avtomobilinin və çoxlu sayda möhtəşəm konseptlərin müəllifidir. Son iyirmi ildə Marçello Qandini demək olar ki, avtomobil dizaynı ilə məşğul olmayıb, lakin başqa sahələrdə (memarlıq, sənaye dizaynı) çalışıb və digər şirkətlərlə məsləhətçi kimi əməkdaşlıq edib. Rest in peace, Maestro!

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.