Bu artıq Maserati Grecale modelinin casus şəkilləri deyil, şirkət tərəfindən yayımlanmış rəsmi şəkilləridir. Grecale krossoveri barədə məlumat ilk dəfə 2020-ci ilin payızında verilmişdi və o zaman avtomobilin təqdimatı 2021-ci ilin yazına təyin edilmişdi.

Sonradan təqdimatı payıza təxirə salsalar da, 16 noyabra təyin edilmiş tədbir yenidən ləğv olunmuşdu. Bunun rəsmi səbəbi kimi yarımkeçiricilərin qıtlığı və istehsalın başlanmasının gecikməsi göstərilmişdi. Beləliklə, Grecale modelinin yeni təqdimat tarixi 22 mart təyin olunub.

Maserati isə, öz növbəsində yığcam krossoverə olan marağı artırmağa çalışır. Dərc olunmuş şəkillərdəki krossover demək olar ki, kamuflyaj örtüyünü atıb və bu kuzovun səthinə, habelə bir çox dizayner həllərinə nəzər salmağa imkan verir.

İtalyanların planına görə, belə avtomovil İtaliyanın yollarında hərəkət edəcək və krossover haqqında o qədər də vacib olmayan təfərrüatlar tədricən açıqlanacaqdır. Məsələn, displeylərin ölçüləri, baqaj bölümünün həcmi, hərəkət rejimlərinin sayı və sairə. Şəkildəki avtomobildə bu kəmiyyətlərin yerinə ulduzlar həkk olunub.

Lakin Maserati Levante modelinin kiçik qardaşı barədə maraqlı məlumat çoxdan məlumdur. Grecale modelinin əsasını Alfa Romeo Giulia və Stelvio modellərinin inşa olunduğu Giorgio platforması təşkil edir. Amma Maserati krossoveri təkcə yaylı asqı (passiv və adaptiv) ilə deyil, həm də üçkameralı pnevmoasqı ilə təklif ediləcəkdir.

Grecale krossoverinin baza versiyası üçün qarışıq üfürməsi (turbokompressor və elektrik kompressoru) və startyor-generatoru olan 2,0-litrlik dördsilindrli mühərrik nəzərdə tutulub. Bu aqreqatın hasilatı 300 at qüvvəsi və 450 Nm fırlanma anıdır. 

Image alt Image alt Image alt Image alt Image alt

Bahalı modifikasiyaların kapotunun altında isə Nettuno seriyasından olan V6 turbomühərriki quraşdırılacaqdır. Maserati MC20 superkarında debüt etmiş güc aqreqatı 630 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edir.

Çox güman ki, Grecale modelində quraşdırılan mühərrik bir qədər zəif olacaqdır. Hər iki versiya da 8-pilləli ZF “avtomatı” və ön oxu qoşma muftası olan tam ötürmə sistemi ilə təchiz ediləcəkdir.   

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.