Formula 1 üzrə yeddiqat çempionu Mixael Şumaxerin kiçik qardaşı Ralf Almaniyanın “Bild” nəşrinə açıq müsahibə verib. O, gələn il 55 yaşını qeyd edəcək əfsanəvi pilotun səhhətindən danışıb. Ralfın sözlərinə görə, 10 il əvvəl Alp dağlarında baş verən qəza bütün Şumaxer ailəsini çox dəyişib, onun qardaşı isə, heç vaxt tam həyatı yaşaya bilməyəcək.

“Həyat bəzən ədalətsiz olur. Mixaelin həyatda bəxti tez-tez gətirirdi, lakin bu faciəvi hadisə hər şeyi alt-üst etdi. Xoşbəxtlikdən tibbdə yeni imkanlar nə isə etməyə imkan verir, amma yenə də hər şey əvvəlki kimi olmayacaq”, - Ralf Şumaxer bildirib. O, qəzanın onların ailəsini dəyişdiyini, əvvəlki Mixael üçün darıxdığını da qeyd edib.

Yeddiqat Formula 1 çempionu 10 il əvvəl, 2013-cü ilin dekabrında Fransanın Alp dağlarındakı Meribel kurortunda xizək sürərkən kəllə-beyin travması alıb. O vaxtdan bəri o, heç vaxt ictimaiyyət qarşısına çıxmayıb, onun ailəsi isə, Mixaelin səhhəti ilə bağlı məlumatı ümumiyyətlə paylaşmır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.