Çin istehsalçısı ağıllı Sky Ride şassisi ilə təchiz edilmiş ET9 sedanının sözün əsl mənasında silkinərək üzərindəki qarı “çırpdığını” göstərən qısa videoçarxı yayımlayıb. Bu, köpəklərin özlərini təmizləməsinə bənzəyir: avtomobilin kuzovu o yan bu yana yellənərək, üzərindəki qar laylarını atır. Sedan qar örtüyündən tamamilə qurtula bilməsə də, əsas qar kütləsini üzərindən atmağa müvəffəq olub.

Nio ET9 sedanının aktiv asqısı Massaçusets Texnologiya İnstitutunun məzunları tərəfindən yaradılmış amerikan ClearMotion şirkəti ilə əməkdaşlıqda hazırlanıb. Sistemin əsas elementi, ştokun hərəkətinə cəmi beş millisaniyə ərzində reaksiya verən, lazım olduqda təkəri itələyən və ya əksinə, çəkən Activalve modullarıdır. Modulların klapanlar fərdi şəkildə idarə olunur. “Üst-başını çırpmaq” ilə yanaşı, elektrohidravlik asqı daha ənənəvi funksiyanı da yerinə yetirir – o, gedişi daha rahat edir, yoldakı kələ-kötürlərin təsirini azaldır.

Nio əmin edir ki, avtomobilin klirensi 90 millimetr diapazonda tənzimlənir və kuzov cəmi iki saniyə ərzində tamamilə endirmək və ya qaldırmaq olar. ET9 gənc Çin istehsalçısı – Nio şirkətinin 5,3-metrlik flaqman sedanıdır. Çinlilər onun Mercedes-Maybach və Rolls-Royce modellərinin rəqibi olduğunu hesab edirlər. Elektromobilin tam idarələnən şassiyə, 900 voltluq arxitekturaya, çıxarıla bilən batareyaya və dörd monitor quraşdırılmış salona malik olacağı bildirilib.

Nio ET9 sedanının ikimühərrikli güc qurğusu 707 at qüvvəsi hasil edir, batareyasının tutumu isə 120 kilovat-saatdır. Yürüş ehtiyatı açıqlanmır, ancaq 255 kilometrlik enerji ehtiyatını cəmi beş dəqiqəyə doldurmağın mümkün olacağı bildirilib. Sedanın müştərilərə çatdırılmalarına 2025-ci ildə başlanmalıdır. Nio ET9 modelinə sifarişlər artıq qəbul olunur. Sedanın qiyməti 800 min yuandan (190 min manat) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.