Nio elektromobil şirkəti ətrafında qeyri-sağlam söz-söhbətlər dolaşsa da, bu onun məhsullarına olan tələbata heç bir təsir göstərməyib: əgər ilin əvvəlində hər ay 10-12 min avtomobil satılırdısa, oktyabr və noyabrda hər ay 16 min avtomobil öz alıcısını tapıb. Bu ilin əvvəlindən ES6 və EC6 krossoverləri, həmçinin ET5 Touring universalı təqdim edilib. Lakin şirkət əsas təqdimatı qış fəslinə saxlayıb – bu, Çin markasıınıb yeni bayraqdarı olan nəhəng Nio ET9 sedanıdır.

Çinlilər yeni məhsulu Mercedes-Benz EQS və BMW i7 kimi avtomobillərlə müqayisə edirlər! Yuxarı seqmentin hədəf götürülməsi böyük ölçülərlə də vurğulanır: sedanın uzunluğu 5324 millimetr, eni - 2016 millimetr, hündürlüyü isə, 1620 millimetrdir. Təkər bazasının ölçüsü 3250 millimetr təşkil edir. Yuxarıda adı çəkilən alman modelləri bütün göstəricilərə görə Nio sedanından geri qalırlar. Üstəlik, bu hündürlükdə xüsusilə nəzərə çarpır, çünki bu göstəriciyə görə, ET9 kupeşəkilli krossoverlərlə daha müqayisə edilə bilər.

Sedanın xarici görünüşü digər Nio modelləri ilə eyni lekallara uyğun olaraq hazırlanır. Hamar lakonik xətlər, “batırılmış” qapı tutacaqları, matrisa işıqlandırma texnologiyasının ensiz cizgiləri və geri çəkilə bilən spoyleri olan ayrıca baqajın qısa quyruğu artıq brendin ailə cizgilərinə çevrilib. Rolls-Royce avtomobillərində olduğu kimi, təkər topunun “sabit” qapağı olan 23 düymlük təkər diskləri diqqəti cəlb edirlər.

Nümayəndəlik sinifinə olan iddia dördyerli (beşyerli seçim ümumiyyətlə yoxdur) salonda da dəstəklənir. İstehsalçı hələlik ön panelin dizaynını açıqlamayıb, lakin orada xüsusi bir şey gözlənilmir. Ancaq ikinci sıradakı təchizatın zənginliyi hər bir detalda nümayiş etdirilir. Arxadakı sərnişinləri genişləndirilmiş elektrik tənzimləmələri və ayaq dayaqları olan iki "taxt" gözləyir. Kreslolar havalandırma sisteminin deflektorları, qatlanan masalar, soyuducu və bütün opsiyaları idarə etmək üçün nəzərdə tutulmuş səkkiz düymlük displey quraşdırılmış böyük dirsəkaltı-tunellə ayrılırlar.

Təkcə salonda yeddiyə qədər elektrik günəş pərdəsi var. Üç AMOLED ekran da var: onlardan ikisi (14,5 düymlük) ön oturacaqların arxa tərəfində, digəri (15,6 düymlük) isə, ön paneldə yerləşir. Bundan başqa, Nio sedan üçün qabaqcıl proyeksiya displeyini və avtopilot rejimində sükan çarxının qatlanması funksiyasını bəyan edib.

Avtomobilin yeni, üçüncü nəsil platforması sükan da daxil olmaqla bütün şassi elementlərini naqillərlə idarə edən qabaqcıl SkyRide sistemini nəzərdə tutur! Nio ET9, sükan çarxının təkərlərlə mexaniki əlaqəsi olmayan ilk kütləvi istehsal edilmiş Çin avtomobilidir. SkyRide sisteminə arxa təkərlərin idarələnməsi mexanizmi (8,3 dərəcəyə qədər dönmə bucağı) və hər bir amortizator üçün fərdi nasosları olan hidropnevmatik asqı və klirensi dəyişmək imkanı da daxildir. Ön tərəfdə ikiqollu, arxada isə çoxqollu asqı var.

Əlbəttə ki, avtopilot (hələlik yalnız ikinci səviyyəli), habelə 360 dərəcəlik görmə və 10 santimetrdən 150 metrə qədər aşkarlama diapazonu olan üç lidarın məlumatlarından istifadə edən təhlükəsizlik sistemlərinin tam çeşidi var. Bu elektron təsərrüfatın başında Shell SkyOS qabığı olan yeni VMC proqram platforması dayanır. Onlar, özündə Qualcomm 8295 prosessorunu və iki xüsusi Smart Driving çipini birləşdirən ADAM 2.0 mərkəzi hesablama platformasında işləyirlər.

Nio ET9 sedanının elektrik sistemi 900 voltluq işləmə gərginliyinə və iki dartma elektrik mühərrikinə malikdir – ön oxdakı 245 at qüvvəli (180 kilovatt) asinxron və arxa oxdakı 462 at qüvvəli (340 kilovatt) sinxron . Ümumi güc 707 at qüvvəsidir (520 kilovatt), fırlanma anı isə 5000 Nm bəyan edilib, lakin bu kəmiyyət reduktorların ötürmə nisbətini nəzərə alınmaqla verilir.

Dartma batareyasının tutumu 120 kilovatt/saat, enerji sıxlığı 292 Vatt/kiloqram və elektrik yükləmənin maksimal gücü 600 kilovattdır. Batareya 46105 standartlı silindrik akkumulyator elementlərindən ibarətdir.Eyni dərəcədə güclü şarj cihazına qoşulduqda, cəmi beş dəqiqə ərzində 255 kilometrlik  yürüş məsafəsini bərpa etmək mümkündür. Yaxud üç dəqiqə ərzində batareyanı xüsusi Nio yenidən doldurma stansiyasında dəyişdirmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində Nio ET9 sedanları üçün əvvəlcədən sifarişlər artıq açıqdır. Başlanğıc qiyməti 800 min yuan (112 min dollar) təşkil edir. Lakin ilk avtomobillər müştərilərə yalnız 2025-ci ilin əvvəlində təhvil veriləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.