Toyota retro dizaynlı yeni Land Cruiser ofrouderinin ilk tizerini dərc edib. Ofrouder platforma və güc aqreqatlarını Lexus GX modeli ilə paylaşacaq, lakin daha brutal və utilitar olacaqdır. Bəzi məlumatlara görə, o, TRD Pro xəttindən olan aksessuarları əldə edəcəkdir: bunlara misal kimi, gücləndirilmiş asqını və Tacoma ofrouderindən götürülmüş, pnevmohidravlik amortizatorları olan IsoDynamic Performance oturacaqlarını göstərmək olar.

Land Cruiser ofrouderinin ABŞ bazarına geri qaytarılacağı bəyan edildikdən sonra, Toyota şirkəti gələcək ofrouderinin ilk tizerini dərc edib. Tizerdəki ofrouderin məşhur Land Cruiser 300 olmadığını təxmin etmək asandır. Yeni Land Cruiser Prado modelinin isə, Lexus GX ofrouderinin yaxın qohumu olduğunu söyləməkdə fayda var. Premium ofrouderi kimi, yeni LC Prado da çərçivəli TNGA-F platforması üzərində inşa edilib və çox güman ki, ağır yolsuzluq üçün nəzərdə tutulmuş Overtrail versiyasının analoqunu alacaqdır.

Böyük ehtimalla, modellər həmçinin ümumi mühərrik çeşidinə sahib olacaqlar. Bu isə o deməkdir ki, Land Cruiser 3,5-litrlik V6 biturbo mühərriki və Sequoia modelindən tanış olan i-Force Max hibrid qurğusu ilə təchiz ediləcəkdir. Avtomobilin əsas xüsusiyyəti əfsanəvi FJ40 modelini xatırladan retro üslublu dizaynı olacaqdır. Land Cruiser orijinal ön və arxa fənərlərə, daha iri bamperlərə sahib olacaqdır. Lakin o, Lexus ofrouderindən fərqli olaraq, arxa spoyler ilə təchiz edilməyəcəkdir.

Image alt Image alt Image alt Image alt

Şayiələrə görə, yeni Land Cruiser Prado xüsusi mövqeləndirməyə malik olacaqdır. O, keçmişə nostaljisi olan brend pərəstişkarları və həvəskarları üçün nəzərdə tutulmuş sırf imic məhsulu olacaqdır. Model gələn il Amerika bazarında satışa çıxmalıdır. Avropada o, Land Cruiser Prado kimi satıla bilər, lakin hələlik bunun rəsmi təsdiqi yoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.