Bir ay bundan əvvəl sızdırılmış məlumatlar sayəsində, istehlak elektronikasının istehsalçısı kimi tanınan Xiaomi şirkətinin ilk avtomobili haqqında bir sıra məlumatlar oeyda olub. Bu gün isə, yeni modelin genişmiqyaslı təqdimatı baş tutub və Xiaomi SU7 elektromobili haqqında təfərrüatlar açıqlanıb.

Xiaomi markasının ilk avtomobilini ölçülərinə görə Tesla Model S ilə müqayisə etmək olar: onun uzunluğu 4997 millimetr, eni - 1963 millimetr, hündürlüyü isə 1455 millimetrdir (baza versiyasında). Təkər bazasının ölçüsü 3000 millimetrdir. Avtomobilin aerodinamikası üzərində yaxşı çalışıblar: Cd əmsalı cəmi 0,195-dir. Sedanın 517 litrlik əsas arxa baqaj bölməsi və 105 litrlik əlavə bölməsi var.

Xiaomi sedanının əsasını 871 voltluq iş gərginliyinə malik olan elektrik sistemi quraşdırılmış orijinal Modena platforması təşkil edir. 150 kilovatt/saata qədər tutumu olan dartma batareyaları nəzərdə tutulub. Çinin CLTC dövrünə uyğun olaraq, maksimal yürüş məsafəsi 1200 kilometrdir. Maye ilə soyudulması və iki rejimli istilik nasosu olan termotənzimləmə sistemi də mövcuddur.

Pnevmatik asqı - öndə ikiqat köndələn qollara, arxada isə çoxqollu varianta malikdir. Cell-to-Body texnologiyasından istifadə olunur, yəni batareyanın korpusu kuzovun güc çərçivəsinə daxildir. Onun burulmaya qarşı sərtliyi 51.000 Nm/dərəcəyə çatır.

Xiaomi elektromobilinin istehsalında ilk dəfə Tesla şirkətinin tətbiq etdiyi yeni Giga Casting texnologiyasından istifadə edilir. İri kuzov elementlərinin tökülməsi üçün 9100 ton təzyiq gücü ilə işləyən avadanlıq tətbiq edilir. Bu, bir detalın çəkisini 17%, maya dəyərini isə 40% azaltmağa imkan verir.

Tesla şirkəti hazırda Çinin Lijin şirkətinin 9000 ton gücə malik olan GigaPress kompleksindən istifadə edir. Giga Casting texnologiyasının əsas çatışmazlığı qəzadan sonrakı təmirin artan mürəkkəbliyi və yüksək qiymətidir. Buna görə də, sərt alt çərçivəni qorumaq üçün, Xiaomi bamperin arxasında genişləndirilmiş deformasiya zonasını nəzərdə tutub.

Avtopilot da Modena platformasının tərkib hissəsidir. Xiaomi firma kompleksinə bir lidar, 11 kamera, üç ədəd millimetrlik radar və 12 ultrasəs sensoru daxildir. O, 508 STƏ (saniyədə trilyon əməliyyat) emal gücünə malik olan iki Nvidia Orin çipi ilə işləyir.

Həmçinin mobil cihazların, ağıllı ev sistemlərinin və Xiaomi avtomobillərinin tam inteqrasiyasını və problemsiz istifadəsini təmin edəcək Xiaomi Surge OS əməliyyat sistemi təqdim olunub. SU7 sedanının elektronikası Snapdragon 8295 çipilə işləyir və havadan sürətli yeniləmələri dəstəkləyir: mediasistemi üçün üç dəqiqə və avtomobilin idarəetmə sistemləri üçün 30 dəqiqə.

Rəqəmsal cihazlar panelinin diaqonalı 7,1 düym, media sisteminin ekranının isə, 16,1 düymdür və 3K təsvir ölçüsünə malikdir. Maksimum parlaqlığı 13.000 nit olan proyeksiya sistemi də var.

Ekranın altındakı və mərkəzi tuneldəki fiziki düymələrin və açarların bolluğu, müasir standartlar baxımından bir qədər qəribə görünür. Təchizata üç rəngdə nappa dərisindən (ağ, qara və qırmızı) tərtibat, qabaqcıl işıqlandırma, panoram dam və on beş dinamikli səs sistemi daxildir.

Ümumilikdə, Modena platforması üçün ənənəvi “benzin” adları olan ün növ elektrik mühərriki - Hyper Engine V6, V6s və V8s aqreqatları, - elan edilib. V8s mühərrikləri 2025-ci ildə hazır olacaqlar və 27.200 dövr/dəqiqəyə qədər fsürətlənə biləcəklər. İlkin hasilatın 578 at qüvvəsi və 635 Nm təşkil etdiyi bildirilir, səmərəlilik əmsalı isə, 98,11 faizə çatır. 21.000 dövr/dəqiqəyə fırlanan "altılar" artıq Xiaomi SU7 sedanında quraşdırılır.

SU7 Pro modelinin baza versiyası arxa oxda 400 voltluq V6 indekli mühərrik (299 at qüvvəsi, 400 Nm) ilə təchiz olunub (ön ötürmə barədə əvvəlki məlumatlar yanlışdır). 

O, boş çəkisi 1980 kiloqram olan elektromobili 100 km/saata 5,28 saniyəyə sürətləndirir, maksimal sürəti  isə, 210 km/saatdır.Salon döşəməsinin altında 73,6 kilovatt/saatlıq litium-dəmir-fosfat dartma batareyası quraşdırılıb. Yürüş ehtiyatı CLTC dövrünə əsasən 668 kilometrdir.

Tamötürməli Xiaomi SU7 Max versiyasında belə V6 elektrik mühərriki ön oxda yerləşir, arxada isə 800 voltluq V6s mühərriki (374 at qüvvəsi, 500 Nm) quraşdırılır. Onlar birlikdə 673 at qüvvəsi və 838 Nm hasil edirlər ki, bu da 2205 kiloqram çəkisi olan sedanı 100 km/saata 2,78 saniyəyə sürətləndirməyə imkan verir. Maksimal sürət 265 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dartma batareyası artıq litium-iondur, onun tutumu 101 kVt/saatdır, ona görə də nominal yürüş məsafəsi 800 kilometrə çatır. Cəmi beş dəqiqə ərzində 220, 15 dəqiqəyə isə 510 kilometrlik yürüş ehtiyatını bərpa etmək olar.

Xiaomi elektromobillərini satmaq üçün, mövcud olan firma satış mərkəzlərində nümayiş avtomobillərinin yerləşdirilməsi sxemini seçib. Çində belə mağazaların yenidən qurulmasına artıq başlanılıb. Qiymətlər gələn il, satışların başlamasına yaxın elan ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.