Kamuflyaja bürünmüş Audi Q6 e-tron modelinin rəsmi şəkilləri ilə yanaşı, onun avadanlığı haqqında məlumatlar da dərc edilib. Elektrik krossoveri, Audi və Porsche şirkətlərinin birgə hazırladığı PPE (Premium Platform Electric) platformasına əsaslanan ilk avtomobil olacaq. Bundan əlavə, yenilik şəxsi “işıq imzası” olan ikinci nəsil qabaqcıl matrisa optikası ilə təchiz ediləcək.

Audi Q6 e-tron fərdiləşdirilmiş “işıq imzasını” əldə edəcək – müştərilər ön və arxa fənərlərin naxışını seçə biləcəklər. İşıqlar əvvəlcədən müəyyən edilmiş alqoritmə uyğun olaraq, hər on millisaniyədən bir yeni görüntü yaratmağa qadir olan 360 seqmentli OLED panellərdən ibarətdir. Ön tərəfdə isə, parlaqlığı tənizmlənən 12 seqmentli optika var ki, o da avtomobilin unikal “işıq imzasını” yaradır.

Qabaqcıl optikanın digər hərəkət iştirakçıları ilə “ünsiyyət qurmağa” şərait yaratdığı da bildirilir – məsələn, işıq animasiyadan istifadə etməklə, qarşıdan gələn avtomobilin sürücüsünü yoldakı təhlükələr barədə xəbərdar etmək mümkündür.

Həmçinin, Audi Q6 e-tron elektromobilinin 12 moduldan ibarət olan 100 kilovat-saatlıq batareyanı alacağı məlum olub. Audi şirkətinin hesablamalarına görə, 10 faizdən 80 faizə qədər enerji yığmaq yarım saatdan az vaxt aparacaq, 10 dəqiqəlik şarj isə, yürüş məsafəsini 250 kilometr artıra bilər. Q6 e-tron enerji doldurulmadan 600 kilometr qət etməyə qadirdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Q6 e-tron üçün iki modifikasiya bəyan edilib. Baza versiyası ümumi gücü 375 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz ediləcək. Bu halda, hasilatı qısa müddətə 396 at qüvvəsinə qədər artırmaq olar. Daha güclü variant 483 at qüvvəsinə, Boost rejimində isə, 510 at qüvvəsinə malik olacaq. Belə bir elektromobil yerindən 100 km/saat həddinə təxminən 4,5 saniyəyə sürətlənəcək.

Modelin seriya istehsalına 2023-cü ilin ikinci yarısında İnqolştadtdakı zavodda başlanmalıdır. Audi Q6 e-tron modelinin təqdimatı isə, bu ilin sonuna qədər baş tutmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.