Mercedes-Benz şirkəti “bərkgedən” Mercedes-AMG GLA 45 S 4Matic+ krossoverini yeniləyib. Mercedes-Benz GLA modelinin özü keçən yazda yenilənib, lakin top versiyaya növbə yalnız indi çatıb. Üstəlik, "qırx beş" prefiksli iki modeldən yalnız biri çeşiddə qalıb - ən güclü GLA 45 S. S prefiksi olmayan versiya isə təqaüdə göndərilib.

Bütün GLA modelləri kimi, ən ekstremal versiyada da yeni optika (ön və arxa) və bamperlər peyda olublar. Eyni zamanda, əvvəllər qara rəngdə olan təkər tağlarındakı plastik moldinqlər indi kuzov rənginə boyanırlar. Kapotdakı üçşüalı ulduz yerini AMG loqotipi olan nişana verib.

Yenilənmiş MBUX multimedia sistemi istisna olmaqla, interyerdə nəzərəçarpacaq dəyişikliklər yoxdur. Alkantara ilə örtülmüş və cütlənmiş qolları olan yeni AMG Performance sükan çarxı demək olar ki, W213 nəslindən olan yenilənmiş E-Class modelindəkinə bənzəyir.

Yenilənmiş GLA 45 S modelinin interyer tərtibatında dəyişikliklər var: oturacaqların üzlənməsi üçün bir neçə yeni rəng kombinasiyası təklif edilir, dekorativ əlavələr siyahısında isə yeni material - məsaməli cökə peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə dəyişməz olaraq qalır: krossover əvvəlki kimi 421 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik M139 turbo mühərriki, iki yaş muftalı səkkiz pilləli AMG Speedshift DCT-8G “robotu” və arxa təkərlərin fərdi qoşma muftası olan AMG Performance 4Matic+ tam ötürməsi ilə təchiz edilir. Yenilənmiş krossover bir neçə aydan sonra satışa çıxarılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.