Polestar şirkəti Münhendə işinə başlamış IAA 2023 beynəlxalq avtomobil sərgisinə Synergy superkarının tam ölçülü maketini gətirib. Polestar Design komandası və keçən ilki Polestar Design Contest müsabiqəsinin üç qalibi tərəfindən yaradılmış bu konsept, brendin gələcəyinə kifayət qədər cəsarətli baxışı nümayiş etdirir. Konsept “emosional uzunömürlülük” ideyasına əsaslanır. Isveçlilərin fikrincə, Synergy superkarı kompüter kimi təkmilləşdirilə bilər. Tərtibatda istifadə olunan materiallar köhnəldikcə, daha da yaxşı görünməlidirlər.

Çəkic başlı köpəkbalıqlarından ilhamlanan heyrətamiz siluet və nisbətlər (Synergy cəmu 1,07 metr hündürlüyündədir) tək yerli salonla ahəng təşkil edir. Təsvirlərdən göründüyü kimi, elektromobil dörd mühərrikə malikdir - hər təkərdə bir elektromotor yerləşir. Superkar 3,5 g-yə qədər yüklənməyə tab gətirə bilir. Əgər köndələn sürətlənmədən danışırıqsa, bu göstərici, Nürburqrinqdə rekord yürüşü zamanı Volkswagen ID.R prototipinin məruz qaldığı yüklənməyə bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polestar ötürmənin gücü və ya elektrik güc qurğusu barədə təfərrüatları açıqlamır. Yüksək ehtimalla, Synergy mücərrəd layihə olaraq qalacaq və çalışmalar maketlə tamalanacaq. Eyni zamanda, Münhendən avtosalonundan sonra maket ABŞ-a göndəriləcəkdir. Orada o, Hot Wheels Legends Tour iştirakçılarına qoşulacaq və brendin ölkə üzrə səpələnmiş məkanlarında nümayiş etdiriləcək. Yeri gəlmişkən, növbəti Polestar Design Contest müsabiqəsi Hot Wheels şirkəti ilə birgə keçiriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.