Dünən Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin TOGG markasının elektrik krossoverinin ikinci nüsxəsi təqdim edilib. Xatırladaq ki, TOGG brendinin ilk elektrik krossoveri Türkiyə Prezidenti tərəfindən alınıb. Daily Sabah nəşrinin verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanın sifariş etdiyi iki avtomobil Ankaradakı prezident kompleksinə çatdırılıb. Dövlət başçısı elektrokarları həyat yoldaşı Əminə xanım ilə birlikdə qəbul edib: şəkillərdə onlar qırmızı və mavi rəngli elektrik krossoverlərinin yanında dayanıblar.

Azərbaycan Prezidentinin aldığı TOGG krossoverinin boyandığı qırmızı Anadolu rənginin “Anadolu torpaqlarının səmimiyyətini və ehtirasını” əks etdirdiyi bildirilir. Türkiyə prezidentinin aldığı ikinci avtomobil isə, TOGG şirkətinin istehsal meydançasının yerləşdiyi Gemlik bölgəsinin (Bursa vilayəti) mavi sularının şərəfinə adlandırılmış Gemlik mavi rənginə boyanıb.

Türkiyə prezidentinin sözlərinə görə, ikinci krossover xidməti avtomobil kimi istifadə olunacaqdır. “Bu gün biz birlikdə xalqımızın 60 illik arzusunun gerçəkləşdiyinin şahidi oluruq. Bu gündən etibarən TOGG ilə yollarda görüşməyə başlayacağıq”, - deyə Ərdoğan avtomobillərin çatdırılmasına münasibət bildirib.

Milli avtomobil böyük ajiotaja səbəb olub: sifarişlərin qəbuluna başlandığından 21 gün ərzində 177 400 nəfər krossoverə sifariş rəsmiləşdirib. Tezliklə əmtəə avtomobillərinin çatdırılmalarına başlanacaqdır. TOGG krossoverinin qiyməti bir milyondan 1,6 milyon lirə (indiki məzənnə ilə 88 və 141 min manat) arasında dəyişir.

T10X modeli ümumi gücü 400 at qüvvəsi olan elektrik güc qurğusu və müvafiq olaraq 314 və 523 kilometrlik yürüş məsafəsini təmin edən 52,4 və 88,5 kilovat-saatlıq batareyalarla təchiz edilir. İlkin versiya sıfırdan 100 km/saata 7,6 saniyəyə, payızda çatdırılmalarına başlayacaq daha güclü versiya isə 4,8 saniyəyə sürətlənir.

TOGG krossover prototipi 2019-cu ildə təqdim edilib. Hazırkı istehsal planına görə, Gemlikdəki zavod ildə 100 min avtomobil istehsal etməlidir. Gələcəkdə istehsal meydançasının tam gücü 175 min ədədə çata bilər. 2030-cu ilə qədər brend daha dörd model - sedan, hetçbek, B sinifli krossoveri və miniven buraxmağı planlaşdırır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.