Ram şirkəti inkişaf etməkdə olan ölkələr üçün yeni Rampage pikapını nümayiş etdirib. Ram Rampage modelinin tam ölçülü təqdimatı 2024-cü ilin sonuna qədər baş tutmalıdır. Hələlik isə, yenilik video və rəsmi şəkillərdə numayiş olunub. Pikapın adı da təsdiqlənib: Rampage adı 1982-1984-cü illər arasında istehsal olunmuş yığcam pikapdan götürülüb. İlkin məlumatlara görə, yeni Rampage daşıyıcı kuzova malikdir və Jeep Wrangler modelindən tanış olan 2,0-litrlik Hurricane mühərriki ilə təchiz edilib.

Ram Rampage Latın Amerikası ölkələrinin tələbləri  nəzərə alaraq yaradılıb. Pikapın yaradılmasında şirkətin Braziliya bölməsinin mühəndisləri fəal iştirak ediblər. Modelin orijinal eksteryer dizaynı var, o, brendin korporativ üslubunda tərtib olunsa da, eyni zamanda orijinal görünür. Pikap çıxıntılı kapota, qara plastik örtmələrlə ahəng təşkil edən qara radiator barmaqlığına və LED optikaya malikdir. Arxa işıqların içalatı Amerika bayrağına işarədir. Salonda 10,25 düymlük sensorlu ekranı olan Uconnect multimedia sistemi və transmissiyanın şayba formalı selektoru var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha əvvəl Ram Rampage pikapının Hurricane ailəsindən olan 2,0-litrlik “turbodördlüyünü” alacağı bildirilmişdi. Güc qurğusunun hasilatı açıqlanmasa da, onun Wrangler ofrouderində 272 at qüvvəsi hasil etdiyi məlumdur. Mühərrik doqquz pilləli avtomatik transmissiya ilə birlikdə çalışacaqdır. Pikap tamötürməli olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.