Hər bir Rolls-Royce avtomobili özünəməxsus şəkildə unikaldır və Ghost Prism də istisna deyil. Xüsusi nəşr müasir dizayn dünyasını simvolizə edir və 120 nüsxəlik tirajla buraxılacaq - Rolls-Royce Limited şirkətinin yaranmasından bəri keçən hər il üçün bir ədəd. Avtomobillərin fərqləndirici xüsusiyyəti kuzovun daş effektli Gunmetal rəngi olacaq ki, bu da parlaq spektral vurğularla birlikdə müəllifləri xüsusi nəşri Prism adlandırmağa ruhlandırıb.

Məlum olduğu kimi, Rolls-Royce avtomobillərinin boyanması prosesi, onların üzərində aparılan ən çətin və mürəkkəb işlərdən biridir. Ghost Prism sedanının kuzovunun rənglənməsi 10 mərhələdən ibarətdir - bu müddət ərzində avtomobilin kuzovu dörd boya qatı ilə örtülür, sonra isə, 16 saat ərzində əl ilə cilalanır. Vurğu üçün Phoenix Red, Turchese, Mandarin və ya Forge Yellow çalarları təklif edilir - bamper örtükləri, əyləc supportları və yan tərəfdəki coachline xətti eyni rəngə malikdirlər.

Ghost Prism modelinin başqa bir xüsusiyyəti, Rolls-Royce avtomobilləri üçün ənənəvi olan cilalanmış paslanmayan poladı əvəzləmiş parlaq Burnout örtüklü dekorasiyadır. Dumanlı çaları əldə etmək üçün, hər bir parça yüngül abraziv vesitəsilə emal edilir, onun ardınca aşınmaya davamlı astar və dörd qatlı xüsusi boya ilə örtülür. Quruduqdan sonra, hissələri parıltı ilə təmin etmək üçün cilalayırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ghost Prism modelinin interyeri həm də təzadlı rəng sxeminə malikdir, özü də Bespoke Starlight Headliner tavanındakı “ulduzların” rəngi kuzovdakı vurğuların rənginə uyğun gəlir. Gecə səmasını yaratmaq üçün 1040 LED tələb olunur - onlar dəri üzlükdəki xüsusi dəliklərə əl ilə quraşdırılır. Rolls-Royce adətən xüsusi nəşridən olan avtomobillərin qiymətini açıqlamır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.