Məşhur alman atelyesinin yeniliyi GTstreet R Touring adlanır və o, məhdud sayda buraxılacaq xüsusi aerodinamik kuzov dəsti ilə seçilir. Texniki nöqteyi-nəzərdən yeni sportkar iki güc variantında təqdim olunur. Sportkar 40 müxtəlif elementdən ibarət olan karbon aerodinamik kuzov dəstini alıb. Bu elementlər şəffaf və ya tutqun lak ilə örtülmüş karbondan hazırlana bilər.

Dəstə çoxlu yeni hissələri almış ön və arxa bamper, kapot, inteqrasiya olunmuş hava girişləri olan qanadlar, təkər tağlarının genişləndiriciləri, yan ətəklər, karbondan yan hava girişləri və sairə daxildir. Kuzov dəstinin xüsusi cəhəti yeni spoylerdir. Tünerlər Porsche şirkətinin standart spoylerini klassik “ördək quyruğu” üslubunda hazırlanmış element ilə əvəz ediblər.

Belə spoyler 911 Turbo modelinin standart arxa antiqanadından 60% yüngüldür, üstəlik, inteqrasiya olunmuş hava kanalları sayəsində mühərrikin soyudulmasını yaxşılaşdırır. Bundan əlavə, bir çox dekorativ tərtibat variantları var.

Mühərrik üçün iki proqram təklif olunur. Baza variantı əlavə 60 at qüvvəsi və 74 Nm fırlanma anı təklif edir ki, bu da hasilatın 710 at qüvvəsi və 990 Nm-ə artması deməkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla kifayətlənməyənlər üçün, TechArt yeni turbinləri, mühərrikin dəyişdirilmiş idarəetmə proqramını və yenidən sazlanmış ötürmələr qutusunu təklif edir ki, bu da oppozit turbomühərrikinin hasilatını 800 at qüvvəsi və 950 Nm-ə artırmağa imkan verir. Yəni, 150 at qüvvəsi və 150 Nm artım GTstreet R Touring modelini alman atelyesinin çeşidindəki ən güclü layihəyə çevirir.

Müştərilərə yeni yayların hesabına hündürlüyü 25 millimetr azaldılmış asqı, 30 millimetr genişləndirilmiş ön təkər izi, habelə TechArt Formula VI firma təkər diskləri təklif olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.