Üçüncü nəsil Volkswagen Tiguan modeli keçən ilin sentyabrında debüt edib və artıq Avropada satışdadır. İndi isə, Çin bazarında satılan versiya nümayiş olunub - əlbəttə ki, əvvəlki nəsildə olduğu kimi, genişləndirilmiş təkər bazası ilə. Lakin Avropada satılan Tiguan krossoveri fərq təkcə arxa sərnişinlər üçün əlavə məkanla məhdudlaşmır.

Çinli Volkswagen Tiguan L Pro modelinin oxları arasındalı məsafə 2791 millimetrdir - bu, Avropadakı krossoverdə olduğundan 110 millimetr çoxdur, lakin əvvəlki Tiguan L modeli ilə müqayisədə bu göstərici dəyişməyib.

Krossoverin uzunluğu 4735 millimetr, eni - 1842 millimetr, hündürlüyü isə,  1682 millimetrdir. Eyni zamanda, çinli Tiguan L Pro modelini vizual olaraq avropalı həmkarından fərqləndirmək o qədər də asan iş deyil: arxa dam dirəklərindəki pəncərələr indi eynidir (əvvəllər müxtəlif formalarda idi).

Tiguan modelinin görünüşü seçilmiş versiyadan asılı olaraq dəyişə bilər. Standart krossover ön bamperdəki dəb halına gəlmiş çoxlu sayda üfüqi çubuqlarla öyünə bilər. R-Line versiyasında isə, vizual olaraq sahəsi artırılmış hava girişləri var, baxmayaraq ki, yan hissələr yalnız imitasiyadan ibarətdirlər. Arxa bamperlər və təkər diskləri (18 və ya 19 düym) də fərqlənir.

Əgər əvvəlki nəsildə Tiguan L özünəməxsus interyerinə malik idisə, indi iki versiyanın interyeri unifikasiya olunub. Sürücünün qarşısında 10,3-düymlük virtual cihazlar paneli, mərkəzdə isə, media sisteminin 15-düymlük “televizoru”(Apple CarPlay, Baidu CarLife və Huawei HiCar protokollarını dəstəkləyir) yerləşir.

Lakin bundan əlavə, Tiguan L Pro modelinin Avropa versiyasında olmayan üçüncü ekranı var: ön sərnişinin qarşısında 11,6-düymlük əyləncə displeyi var. Əlavə ödəniş müqabilində, oturacaqların təzadlı mavi tikişləri olan dəri və mikrofiberdən üzlükləri təklif edilir. Lakin təkər bazasının uzadılmasına baxmayaraq Tiguan L Pro modelində üçüncü oturacaq cərgəsi yoxdur.

Hələlik, Volkswagen Tiguan L Pro yalnız iki güc variantda olan 2.0 TSI benzin turbomühərriki ilə təklif olunur. Ön ötürməli krossoverlərdə o, 184 at qüvvəsi və 320 Nm, tam ötürməli versiyalarda isə, 220 at qüvvəsi və 350 Nm hasil edir. Bu mühərrik iki muftalı yeddi pilləli “robot” ilə təchiz edilir. Daha sonra Çində təkrar doldurulan hibrid də peyda olmalıdır (Avropa bazarında artıq belə bir Tiguan var).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Volkswagen Tiguan L Pro bir neçə aydan sonra Çin bazarında satışa çıxarılacaq. Qiymətlər hələlik açıqlanmayıb, lakin əvvəlki Tiguan L hələ də satışdadır və onun qiyməti 199 min yuandan (27 500 dollar) başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.